Rauf Arifoğlundan şok bəyanat
7-08-2013, 14:50
Oxunub: 5 857
Rauf Arifoğlu Müsavat Partiyasına hücuma keçən müxalifətçilərin ünvanına sərt ismarış göndərib.
Milli Şura yaranandan bəri sosial şəbəkələrdə və mətbuatda Müsavat Partiyası ilə AXCP arasında gedən saysız-hesabsız söz davalarının şahidi olmuşuq. İki partiyanın tərəfdarları və üzvləri bu və ya digər məsələ ilə bağlı bir-birlərinə qarşı sərt itihamlarla çıxış edirlər.
Bu dəfə isə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasına hücuma keçən müxalifətçilərin ünvanına sərt ismarış göndərib. Rauf Arifoğlu öz facebook səhifəsində yazdığı statusunda Müsavatı hədəf götürənlərin Müsavat Partiyası haqqında səsləndirdiyi fikirlərə sərt şəkildə cavab verərək onlara xəbərdarlıq edib.
Bolgexeber.com R.Arifoğlunun statusunu olduğu kimi təqdim edir: “Biri var, yenə qaşınır. İtini-pişiyini, zombilərini üstümüzə qısqırdıb... Üç seçkidir doğru bilib yapdığı ancaq və ancaq yanlış olur, fəlakət gətirir, düşərgəni iflic edir, bölür, parçalayır. Amma nolsun, bəhanəsi var. “Yeni Müsavat”ı, Müsavat Partiyasını suçlatdırır, çamur atdırır, hər kəsi xəyanətkar elan edib durur kənarda... Mən həyatım boyu bunca həyasız birisini görmədim. Rüşvət alıb hansı məmurları qoruduğunu, əlinin kimlərin cibindən çıxdığını yazacam, yenə ara qarışacaq...Özü də bilir ki, nələri bilirəm...”
Xatırladaq ki, müxalifətçilər arasındakı yeni dava Milli Şuranın sədri və birləşmiş müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyovun virtualaz.org saytına eksklüziv müsahibəsindən sonra qızışıb. Bakıya qayıda bilmədiyini etiraf edən İbrahimbəyovun o müsahibəsində “İsa Qəmbərin namizədliyini niyə də dəstəkləməyək?!” deyə bəyanat verməsi AXCP üzvləri ilə Müsavat fəalları arasında söz savaşına rəvac verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər