Gülər Əhmədova işində yeni faktlar üzə çıxır
13-08-2013, 09:55
Oxunub: 5 721
Sabiq deputatın Sevinc Babayeva ilə skayp danışıqları polisin əlindədir“Gülərgeyt qalmaqalı”nın mühüm fiqurlarından olan, ötən ilin dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın ölümü ilə bağlı aparılan istintaqda maraqlı detallar üzə çıxıb. Bunlardan biri də İstanbulda olduğu müddətdə S.Babayeva ilə sabiq deputat arasındakı ünsiyyətin formaları ilə bağlıdır. İstintaqdakı mənbələrdən müsavat.com-a verilən xəbərə görə, bu ünsiyyət daha çox skayp danışıqları vasitəsilə baş tutub.
Danışıqlar S.Babayevanın müvəqqəti istifadəsində olan, amma onun Türkiyədəki hamisi Səlcuq Ağlayana məxsus cib telefonu vasitəsilə baş tutub. S.Ağlayan isə istintaqa ifadəsində bu danışıqlardan bixəbər olduğunu, “məndən zəng etmək üçün telefonumu istədi, mən də verdim, amma nə cür istifadə etdiyi barədə məlumatım yoxdur” deyib. Mənbəmizin verdiyi məlumata görə, ikili söhbətlər zamanı daha çox şifrəli danışıblar. Ad çəkmədən, bəzi işarələrlə, özəlliklə də rus dilində danışan S.Babayeva ilə G.Əhmədovanın söhbətləri istintaqın əlindəki əsas dəlillərdən sayılır.
Həmin söhbətlərdə G.Əhmədova rəfiqəsinə xüsusi məsləhətlər verib. Bundan başqa, istintaqın əlində S.Babayeva İstanbulda olduğu müddətdə ora gedən və onunla görüşən G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun da görüntüləri var. Bu görüntülər F.Əhmədovun bir neçə gün boyunca qaldığı “Beynova” otelində çəkilib. Həmin otelin lobbisində S.Babayevanın da görüntüləri qeydə alınıb. Hazırda istintaq məhz bu sübutlar üzərində işləyir. Türkiyədə aparılan ilkin istintaq zamanı müstəntiq Handan Balcı sözügedən detalların araşdırılması üçün səy göstərib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər