BolgeXeber.Com » Analitika » Arzu Rəhimovun başı bəlada

Arzu Rəhimovun başı bəlada

13-08-2013, 11:50
Oxunub: 5 266 Müdafiə naziri Səfər Əbiyev və keçmiş hərbi komissar Əliağa Hüseynov xidmət rəhbərinə qarşı mətbuatda savaş elan edib

Hərbi Səfərbərliy və Çağırış üzrə Dövlət Xidməti yarandıqdan sonra Müdafiə Nazirliyi ilə bu qurum arasında «soyuq savaş» başlayıb. Verilən məlumatlara görə, Arzu Rəhimovun rəhbərlik etdiyi xidmətin fəaliyyəti ilə bağlı çeşidli məlumatlar toplayan Səfər Əbiyevin adamları onu mətbuata çıxararaq, bu yolla müharibəni davam etdirirlər.

Məlumatda deyilir ki, problemin baş qaldırmasının iki əsas səbəbi olub. Birinci səbəb çağırış zamanı böyük pulların əldən çıxmasıdır ki, bu məsələdə Səfər Əbiyev uduzmasını qətiyyən qəbul etmir. Elə ona görədir ki, mətbuata çıxardığı informasiyaların böyük əksəriyyəti məhz çağırış zamanı xəstə uşaqların hərbi xidmətə çağırılması ilə bağlı olur. Halbuki səfərbərlik işlərini həyata keçirən zaman Müdafiə Nazirliyi uşaqların xəstə olub-olmadığına qətiyyən əhəmiyyət vermirdi. Elə buna görə idi ki, Müdafiə Nazirliyi xətti ilə çağırılmış gənclərin hər il 400-ü ağır xəstə kimi geri qaytarılmalı olurdu. Hazırda isə bu rəqəm ilboyu 30 nəfərə enib.

İkinci məsələ isə Arzut Rəhimovun təkbaşına hərəkət etməsi və nə Səfər Əbiyevi, nə də keçmiş hərbi komissar Əliağa Hüseynovu saymaması olub. Belə ki, Ə.Hüseynovun yaxın qohumlarını belə komissarlıq sistemindən uzaqlaşdıran Rəhimov bununla özünə daha bir düşmən qazanmış olub.

Jam.az-a verilən məlumatlarda vurğulanır ki, hal hazırda Səfər Əbiyev və Əliağa Hüseynov Arzu Rəhimova qarşı geniş kampaniyaya başlayıblar. Bu prosesə isə Hüseynovun iki ən yaxın qohumu (onların adı bizə məlumdur, sadəcə, bəzi dəqiqləşdirmələrə görə həlilik açıqlamırıq-red) rəhbərlik edir. Onların hər iksinin faktiki olaraq komissarlıq sistemində çalışdığı deyilir. İddaialara görə, bu iki şəxs mətbuatda gedən məlumatların maliyyələşməsini də təmin edirlər.