Fəzail Ağamalı: “Zahid Oruc partiyadan çıxarıla bilər”
13-08-2013, 16:55
Oxunub: 5 245
Rəhbərlik etdiyim partiyanın sədr müavini olan Zahid Orucun prezidentliyə namizədliklə bağlı atdığı addım partiyanın ali orqanının qərarına tamamilə ziddir”. Bu açıqlamanı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı verib.
O qeyd edib ki, Ana Vətən Partiyasının ali orqanı olan VI qurultay qarşıdan gələn prezident seçkilərində öz namizədini müəyyənləşdirib: “Biz İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul etmişik. Deməli, Zahid Orucun atdığı addım partiyanın VI qurultayının qərarı ilə tam ziddiyyət təşkil edir. Ən azı nəzərə alaq ki, həmin qurultayda Zahid Oruc partiyanın Ali Məclisinin üzvü seçilib. Ona görə də düşünürəm ki, o bu addımı atarkən bunu qurultayın qərarı ilə uzlaşdırmalı idi. Əgər uzlaşdırmayıbsa, deməli bizimlə ziddiyyət yaradıb. O partiyanın qərarının əksinə addım atıb və artıq bu gün bizim namizədimiz İlham Əliyevə alternativ olub”.
F. Ağamalı qeyd edib ki, partiya Z. Orucun bu addımı ilə bağlı ölçü götürəcək: “Bu məsələ partiyada müzakirə olunacaq və müvafiq qərar veriləcək. O partiyadan çıxarıla da bilər”.
Qeyd edək ki, Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc prezident seçkisində iştirak etmək üçün MSK-ya müraciət edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər