Avtonəqliyyat Gömrük İdarəsində qiymətləri özbaşına qaldırıblar
14-08-2013, 12:25
Oxunub: 6 204
Rəis İsmayıl Hüseynov seçkiləri maliyyələşdirəcəyi barədə xəbər yaydırıb
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsi xaricdən gətirilən avtomobillərə görə aldığı rüşvətin miqdarını artırıb. Daxil olan məlumata görə, son 2 gündə idarənin rəisi İsmayıl Hüseynovun şəxsi göstərişinə əsasən indiyə qədər ilindən asılı olmayaraq, avtomobillərdən alınan gömrük rüsumları 15 faiz bahalaşdırılıb.
Məlumatlı mənbənin bildirdiyinə görə, ötən Avtonəqliyyat Gömrük İdarəsində olarkən bunu ona deyiblər və xaricdən gətirdiyi avtomobilə görə, ondan 1500 manat artıq pul alınıb. «Mənə dedilər ki, İsmayıl müəllimin qəti tapşırığı var ki, seçkilər başa çatana qədər qiymətləri ən azı 15 faiz artırmalıyıq».
Jam.az-a danışan mənbə onu da deyib ki, sonradan bunun səbəbini başqa gömrük işçilərindən öyrənib. Onlar deyiblər ki, qarşıdan gələn prezident seçkiləri bir çoxlarının əlində bəhanə vasitəsidir. Elə İsmayıl Hüseynov da bu vəziyyətdən yararlanan məmurlardan biri sayılır. «Gömrük işçilərinin dediyinə görə, İsmayıl Hüseynov hamını başına yığaraq bildirib ki, qarşıdan gələn prezident seçkilərini maliyyələşdirməyi onlara həvalə ediblər. Ona görə də, xaricdən maşın gətirənlərdən heç bir güzəşt olunmadan və tapşırıq eşitmədən daha artıq pul alınmalıdır».
Lakin əksər gömrük işçiləri İsmayıl Hüseynovun bu tapşırığının blef olduğunu bildirir. Onlar deyirlər ki, qiymətlərin yüksək olması səbəbindən daha əvvəlki kimi Azərbaycana xaricdən maşın gətirilmir. Nəticədə, əvvəlki illərdə qazanılan pullar da eyni səviyyədə deyil. «İsmayıl Hüseynov da əvvəllər qazandığı pulları bu şəkildə əldə etməyə çalışır. Və məsələni də siyasi proseslərin və ya seçkinin üzərinə yıxır. Bu adamın pul qazanmaq üçün ağlına gəlməyən fikir yoxdur. Görünür, bu da onlardan biridir».
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər