İcra başçılarına xüsusi qadağa
20-08-2013, 08:25
Oxunub: 6 548
Onlara rəhbərlik etdikləri rayon və şəhəri tərk etmək qadağan edilib
Prezident seçkisi yaxınlaşdıqca Azərbaycan hakimiyyətinin narahatlığı artır. Ötən saylarımızda məlumat vermişdik ki, Prezident Administrasiyasından məmurlara məzuniyyətə çıxmaq qadağan edilib. Məlumatda bu qadağa prezident seçkisi ilə izah edilirdi. Bu qadağa nazirlərdən tutmuş ən xırda məmurlara aiddir.
Indisə məlumat yayılıb ki, icra başçılarına rəhbərlik etdikləri rayon və şəhərlərdən hətta 1-2 günlüyə kənara çıxmaq qadağan edilib. “Reytinq” qəzetinin yaydığı bu məlumatda deyilir ki, qadağa avqust ayının 1-dən tətbiq edilib. Məlumata görə, onların diqqətinə çatdırılıb ki, rayonu özbaşına tərk edən icra başçıları barəsində ən sərt tədbirlər görüləcək.
Bildirilir ki, müvafiq olaraq bəzi icra başçıları da kənd icra nümayəndələri və bələdiyyə sədrlərinə eyni qadağanı tətbiq etməyə başlayıblar. Əlahiddə hadisə və ya “yuxarılar”ın çağırışı olmayana qədər heç bir vəzifəli şəxs təlimatı poza bilməz. Əks halda, həmin adam dərhal vəzifəsindən uzaqlaşdırılacağı ilə hədələnib.
Məlumatda o da qeyd edilir ki, icra başçılarına bu ilin sonuna kimi rəhbərlik etdikləri rayonlarda kadr dəyişikləri etmək də qadağan olub. Başlıca məqsəd gözlənilən hər hansı narazılığı aradan qaldırmaq və mərkəzi hakimiyyəti əlavə problemlərdən xilas etməkdir. Həmçinin icra başçılarına yerli əhali ilə ünsiyyətdə son dərəcə diqqətli olmaları barədə göstəriş verilib. Quba və Ismayıllı hadisələrinin təkrarlanmasından ehtiyat edən hakimiyyət “kiçik padşahları” və onların ərköyün övladlarını nəzarətə götürməklə özünü gələcək təhlükələrdən qorumaq istəyir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər