Yeni nazir gələndən sonra direktorlar rüşvətin həcmini artırıb
20-08-2013, 10:25
Oxunub: 5 544
Rüşvətin həddini artıran məktəb direktorları bunu “risk dərəcəmiz artıb” kimi əsaslandırırlar
Yeni təhsil naziri Mikayıl Cabbarovun gəlişi ilə təhsil sektorunda yeni özbaşınalıqlar yaranıb. Xüsusən də bölgələrdə, eləcə də paytaxtlarda məktəb müdirləri, təhsil şöbəsi rəhbərləri işə qəbul zamanı yeni “qaydalar” tətbiq edir. Yeni yanaşmaya görə, artıq müəllimlərdən işə qəbul zamanı əvvəlkindən daha artıq rüşvət tələb edilir.
Bolgexeber.com xəbər verir ki,adının çəkilməsini istəməyən bir qrup müəllim “Yeni Müsavat”a şikayətində bildirdi ki, rəhbərlik bunu “indi riskin daha böyük olması” ilə izah edir. Onlar bildirir ki, yeni nazirin göstərişi ilə məktəblərdən rüşvət yığışdırıldığı üçün indi onların “ilişmə”, ifşa olunma riski güclənib.
İşə qəbul üçün rüşvətin həcmi 40-50 faiz həcmində artıb. Artıq sıradan məktəblərdə müəllimlər işə düzəlmək üçün 2 min manat daha artıq məbləğ ödəyirlər. Amma heç kim bunu açıq şəkildə nazirliyə şikayət edə bilmir. Hətta qəzetimizə müraciət edən şikayətçilər də öz adlarını və onlardan rüşvət tələb edən məktəb direktorlarının kimliyini, hansı məktəb olduğunu açıqlamaq istəmədilər. Bu yanaşma isə Azərbaycanda rüşvətin kökünü kəsməyin qeyri-mümkünlüyü bir daha sübut edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər