BolgeXeber.Com » Analitika » Deputat İmamverdi İsmayılovun adı "qara siyahı"da

Deputat İmamverdi İsmayılovun adı "qara siyahı"da

22-08-2013, 10:25
Oxunub: 16 038 Parlamentin çoxstajlı üzvlərindən olan deputat İmamverdi İsmayılov hökumətin tədbirlərində görünmür. Milli Mətbuat günündə belə görünməyən millət vəkili ilə bağlı müxtəlif xəbərlər yayılmaqdadır.

Azerinfo.orq-a daxil olan məlumatda isə deyilir ki, İmamverdi İsmayılov siyasi səhvə yol verib və o səbəbdən də üzə çıxmır. Məlumatlı şəxsin sözlərinə görə, o, Milli Şuranın yaranması dövründə dövriyyəyə buraxılan “Rusiya İlham Əliyevi devirəcək” yalanına inananlardan olub. Hətta bir neçə məclisdə iqtidarın əleyhinə də “atıb-tutub”. Hətta “mən informasiyalı adamam” deyərək, ətrafındakıları da hakimiyyət dəyişikliyinə inandırıb.

Ancaq Rüstəm İbrahimov fiaskosundan sonra səhv etdiyini başa düşüb. Lakin onun mövqe dəyişikliyi ilə bağlı yuxarı instansiyalara ötürülüb. Bu səbəbdən də o, Azərbaycan Mətbaut Evinin sədri olsa da, Milli Mətbuat günü ilə bağlı tədbirlərə dəvət olunmayıb.

İ.İsmayılov yaxınlarına bunu səhətindəki problemlərlə əlaqələndirsə də, ciddi təşviş içində olduğu vurğulanır.

İmamverdi İsmayılovla əlaqə yaratmaq istəsək də, onun mobil telefonuna cavab verən olmadı. Ancaq hörmətli deputat mövqeyini dərc etməyimizi istəyərsə, məmnuniyyətlə ona cavab haqqı tanıyarıq.