BolgeXeber.Com » Analitika » Əli Kərimliyə qarşı təxribat gözlənilir

Əli Kərimliyə qarşı təxribat gözlənilir

23-08-2013, 15:40
Oxunub: 6 392 Liderlərə qarşı təxribat törədiləcəyi barədə məlumat var
Milli Şuranın növbədənkənar sessiyasının başlanmasından öncə sessiyanın keçiriləcəyi Müsavat Partiyasının qərargahında olan əməkdaşımız Emil Salamoğlu xəbər verir ki, siyasi fəallarda liderlərə qarşı təxribat törədiləcəyi barədə məlumat var.

Reportyorumuzun AXCP üzvlərinə istinadən verdiyi xəbərə görə, gözlənilən təxribatın təxmini detalları belədir: bi qadın fürsət taparaq AXCP sədri Əli Kərimlinin üstünə şığımalı, onu söüb təhqir edərək, məktublarını cavabsız qoymaqda ittiham etməlidir.

Əməkdaşımız xəbər verir ki, cəbhəçilər bu təxribatdan məlumatlı olduqları üçün ehtiyat tədbirlər görməkdədirlər.

Minval.az saytının reportyoru həmin qadını görüntüləyə bilib.
musavat.com