Həftəbecər fikirlər
28-08-2013, 17:25
Oxunub: 7 139
"Hər bir Azərbaycan vətəndaşının pilsuz dövlət xəstəxanasında pullu müalicə almaq hüququ var"
*Azərbaycan cəmiyyətinin hal-hazırkı şüur səviyyəsinin durumu və mənəvi halı mənə, təhlükə zamanı başını torpağa soxub gizlədən və bunla da süni problemlərdən xilas olmasını zənn edən dəvəquşunu xatırladır. Çünki cəmiyyətimizin də əksər hissəsi həmin o avam dəvəquşu kimi, var-dövləti min-bir halal əziyyətlə yox, xalqa min-bir haramçılıq, zülm etməklə toplayan korrupsioner məmurlarımızın tikinti obyektlərində, villalarında,ofislərində xidmət, hamballıq edib 10-15 manat pul qazanmaqla elə hesab edir ki, ölkədə hər şey qaydasındadır.
***
*Proqramçıdan tutmuş cangüdənəcən rəiyyət əhli həmin o məmur-biznesmenlərin özbaşnalığı ilə şəxsən qarşılaşmayanacan adi vətəndaşın hüquqları barədə düşünmür. Təbii ki,bu zaman
çoxunun,məcazi mənada arxasından,pardon arxadan xəbəri olmur.Ancaq birgün başımızı soxduğumuz cahillikdən boynumuzu nəhayət ki,çıxartmaq məcburiyyətində olduqda ola bilsin artıq geç olacaq.Çünki,bəlkə də bu zaman görəcəyik ki,nə yurd qalı,nə neft,nə də elementar insan hüquqları.
***
*Yazılmamış hüquqlar:
-Hər bir Azərbaycan vətəndaşının pilsuz dövlət xəstəxanasında pullu müalicə almaq hüququ var.
-Hər bir Azərbaycan vətəndaşının hər gün Azərbaycana neftdən gələn 100 miyonlarla pulun müqabilində yavan çörək yemək hüququ var.
-Hər bir Azərbaycan vətəndaşının ölkədəki özbaşnalığa, hüqusuzluğa etiraz etməmək hüququ var.
-Azərbaycan hüquqi dövlətdir.Məsələn,neft ölkəsi olan varlı Azərbaycanın kasıb vətəndaşın pulu olmadlğına görə vaxtında müalicə edə bilmədiyindən uşağının ölmək hüququ var.
-Hər bir Azərbaycan vətəndaşının prezident, onun ətrafında olan məmurlar, onun yaxınları kimi xalqın sərvəti olan neftdən öz malı kimi yararlanmaq hüququ var.
-Hər bir Azərbaycan vətəndaşının bu iqtidarı bəyənməmək hüququ var.
-Hər bir Azərbaycan vətəndaşının Alim Qasımovun iifasından, ümumiyyətlə muğamdan və mindiki meyxanadan xoşu gəlməmək hüququ var.
-İndi hamı deyir, Mirzə Ələkbər Sabir dahidir. Ancaq o indi sağ olsaydı, elə o yaşadığı dövrdə olduğu kimi ona heç bir imkanlı azərbaycanlı 1 qəpik də kömək etməyəcəkdi.
-Avropa polisi ilə Azərbaycan polisinin əsas fərqi odur ki,avropalı polis arzulayır ki, əmin-amanlıq olsun, ölkədə cinayət az olsun. Azərbaycanlı polis isə Allaha yalvarır ki, dalaşan-zad, oğurluq edən çox olsun ki, o da çoxlu pul qazansın.
-Azərbaycanda yüz “Eurovision” Mahnı Müsabiqəsi keçirilsə belə bu Azərbaycan iqtidarının imicini qaldıra bilməz. Bura gələn turistin Azərbaycanı tərifləməsi, bizim ölkədən xoşuna gəlməsi iqtidarın təriflənməsi mənasında başa düşülə bilməz. Ölkədə siyasi vəziyyət və onun təbiətinin gözəlliyi təmiz başqa-başqa şeylərdir. Bu iqtidar bu adi şeyi dərk edə bilmir deyə, həmişə özünə sərf etmək üçün yalanı həqiqət kimi soxuşdurmağa çalışır.
- Çox maraqlıdır ki, bəzən adi bir xəbər, məlumat özündə gizli məna daşıyır. Məsələn qəzetlərin birində gözümə bir yazı sataşdı: ”Çinin bir bir vilayətində bir polis qanunu pozduğuna görə 48 nəfər qohumunu zindana salıb…” Belə şeyləri eşidəndə adam fikirləşir ki, çinlilər sanki bizim əksimizdir. Öz qohumunu, həmin qohum qanunu nə qədər də pozsa belə tutmaq, bizim “mentatetimizə”, psixologiyamıza ziddir. Bizdə qohumu, o nə dərəcədə zay olsa belə həbs ermək yox, azad etməyə cəhd etmək daha təbiidir. ”Ayıbdır” axı…
- Bədbəxtçilik ondadır ki, bizdə yaxşı adam ona deyirlər ki, o pislik etmir.
-İsveç nə qədər xristian ölkəsidirsə, Azərbaycan da o qədər müsəlman ölkəsidir.
- Elan: Prezident Aparatına yüksək maaş müqabilində Azərbaycan bayrağında olan rənglərin necə sıralanmasını dəqiq bilən və dövlət səviyyəli tədbirlərdə buna nəzarət edə bilən yüksək ixtisaslı ali savadlı kadrlar lazımdır.
-İndi hansısa gənclər təşkilatının və ya qrupların insanlarda kitab oxumağa həvəs oyatmaq məqsədilə küçədə əlində kitab tutaraq "kitab oxuma" aksiyası keçirməsi dəbə, özünü reklama çevrilib. Bu yaxşı niyyət ola bilsə, mənasız bir şeydir. Çünki bununla inanmıram ki, kitab oxumaqdan zəhləsi gedən, ancaq pul barəsində, alçaq şeylər barəsində düşünən mənəviyyatsız bir adamda kitaba məhəbbət oyatmaq olar. Dəyişiklik şüur səviyyəsində olmalıdır. Kitab oxumaq səbəb deyil, nəticədir. Kitab oxumaq həvəsi içdən gəlməlidir.
İmran Kərimli
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər