BolgeXeber.Com » Analitika » «Meyvəli»də zəhər kimi qiymətlər

«Meyvəli»də zəhər kimi qiymətlər

30-08-2013, 18:10
Oxunub: 8 563 Bazarın direktoru Əbülfət Qocayev icraçı direktor Anarın əliylə məhsul satanların qanını içir

«Meyvəli» Ticarət Mərkəzində biabırçı durum yaşanır. Buna səbəb bazarın direktoru Əbülfət Qocayev və icraçı direktor Anarın birlikdə gördüyüəməllərdir. Belə ki, onların əsas hədəfləri nəyin bahasına olursa olsun pul qazanmaqdır.

Xalq.az-a verilən məlumata görə, Əbülfət və Anarın qoyduğu qanuna əsasən yük maşınlarının bazara girişi üçün 20 manat pul alınır. Maşın içəri daxil olduqdan sonra daha 5 manat da haqq alınır ki, bundan əlavə da maşın bazarda qalarsa ona görə də, 5 manat dayanacaqpulu istənilir.

Əgər maşın yük deyil, sedan tiplidirsə, o zaman tələb olunan haqq 10 manata enir. Onun bazarda qalmasıüçün isəəvvəlki qaydada 5 manat alınır.

Bazarın direktoru həmçinin «Meyvəli»də yerləri də satmanqla məşğuldur. Xalq.az-ın araşdırmalarına görə, hal hazırda sözügedən bazarda normal və orta səviyyəli yerlərin qiyməti aylıq 150 manatdır. Daha əlverişli və gəliş-gedişli yerlərdəözünə mövqe tutmaq istəyənlər isə ayda 200 manatlarından keçməlidirlər. Amma açıq yer sahibləri aylıq icarə haqqından əlavə həftəyə daha 20 manat da bazar rəhbərliyinəödəməlidirlər.

Dükanların icarə haqlarına gəldikdə isə vəziyyət tamam başqadır. Belə ki, dükan sahibləri hər ay bazar rəhbərliyinə icarə haqqı olaraq 1800-2500 manat pul ödəməlidirlər. Qiymətin bu şəkildə dəyişməsi isə həmin dükanların mövqeyindən və yerləşdiyi sektordan asılıdır. Anbarlar üçün isə bu rəqəm aylıq icarə haqqı 2000-3000 arası dəyişir.

Amma Əbülfət Qocayev və Anarın əməlləri bununla da bitmir. Onlar əlavə pul qazanmaq üçün «reketçilik»lə də məşğul olurlar. Məsələn, onların xüsusi adamları hər gün bazarın qarşısında dayanıb mal gətirən şəxsləri busurlar. Ucuz və bazarda daha rahat satılan meyvə gətirənlərin qarşısını kəsən bu adamlar ondan malı ucuz almaq üçün əvvəlcə dil tökürlər. Bu alınmadıqda isə hədələr başlayır. Daha sonra isə bu şəxsin bazara girişinə qadağa qoyulur. Proses o zamana kimi davam edir ki, həmin şəxs tələb olunan qiymətə bazarkomların yaxınlarına satılsın.

Adlarıçəkilən şəxslərin digər bir qazanc yeri isə bazarın içindəki sexlərdir. Araşdırmalara əsasən Əbülfət Qocayev bazarda özünə taxta və polimer paket sexi açıb. Bazarda yerdə taxtadan hər hansı bir əşya düzəltmək lazım gəlirsə, bunu ancaq bazarkomun sexindən alınan mallarla etməlidir. Eyni zamanda, bazarda istifadə olunan polimer paketlər,kardon qutular və taxta yeşiklərini də məhz bazarkomun sexindən alınmalıdır.

anar P.S. Qeyd edək ki, «Meyvəli» bazarının icraçı direktoru Anar adlı şəxs başının üstündə Ümummilli Lider Heydər Əliyevi portreti ola-ola Ulu Öndərimizi tanımadığını və tanımaq istəmədiyini də deyir. Bu barədə növbəti yazıda…



Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.