SHXÇDX-nin Tovuz şöbəsində xəstə çağırışçılar hərbi xidmətə çağrılır
2-09-2013, 13:40
Oxunub: 7 812
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əksər rayon şöbələrində baş verən şok korrupsiya və qanunsuz əməllər haqqında məlumatlar gündəmdən düşmür. Belə ki, bununla bağlı redaksiyamıza hər gün yeni-yeni məlumatlar daxil olur və hər dəfəsində də sensasion xarakterli faktlar geniş ictimaiyyətə təqdim olunur.
Redaksiyamlza daxil olan məlumata əsasən, Rəhim Rəsulov işlədiyi gündən hərbi çağırış sistemində yol verdiyi kobud nöqsanlar, eləcə də bir sıra qanundankənar əməllərilə ad çıxarmış şəxslərdəndir. SHXÇDX-nin Tovuz rayon şöbəsinin rəisi polkovnik-leytenant Rəhim Rəsulovun korrupsiya və özbaşınalıqları bununla bitmir. Artıq çoxlarına bəllidir ki, o, ara-sıra üzləşdiyi problemləri məhz SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun hazırda dələduzluq ittihamı ilə həbs olunan sürücüsü Namiq Cəfərovun vasitəsilə dəf etməyi bacarıb.
SHXÇDX-nin rəisinin sürücüsü həbs olunduqdan sonra Rəhim Rəsulovun Arzu Rəhimovun müavini Zaur Abdullayevlə sıcaq münasibətlər qurduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, xidmətin Tovuz rayon şöbəsində son zamanlar tükürpədici hadisələr yaşanmaqdadır:
«Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində həqiqi hərbi xidmətə yararsız olan şəxslər 3 ildən bir təkrar tibbi müayinədən keçərkən onların hər birindən 300-500 manat pul tələb olunur. Halbuki həmin şəxslər həqiqətən də orduya yararsızdırlar və müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Lakin Rəhim Rəsulov bu kimi hallara əhəmiyyət vermədən əməkdaşlarına tapşırıb ki, hər 3 ildən bir müayinəyə gələn şəxslərdən «sənəd pulu» adı ilə 300-500 manat alınsın. Təkrar tibbi müayinədən keçmək üçün xidmətin Tovuz rayon şöbəsinə müraciət edən vətəndaşlardan bəziləri onlardan tələb olunan məbləğin sənəd pulu yox, sırf rüşvət olduğunu bildikdə buna etiraz ediblər. Lakin onların etirazlarının heç bir faydası olmayıb. Çünki Rəhim Rəsulov açıq şəkildə bəyan edib ki, onlardan yığılmış pullar artıq yuxarılara göndərilib. Bununla da polkovnik-leytenant xidmətin ayrı-ayrı rayon şöbələrində yığılan vəsaitlərin bir hissəsinin məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə çatdırılğını etiraf edib». Bu ilin iyul çağırışında Tovuz rayonundan təxminən, 400-500 nəfər gəncin həqiqi hərbi xidmətə yollandığını qeyd edən məlumatlı şəxs iddia edir ki, onların böyük əksəriyyəti orduya yararsız olublar: «Lakin buna baxmayaraq, xidmətin Tovuz rayon şöbəsinin rəisi Rəhim Rəsulov həmin gəncləri, yəni müxtəlif xəstəliklərdən əziyyət çəkən çağırışçıları ordu sıralarına cəlb edib. Halbuki bu, birbaşa qanun pozuntusu, ən ağır cinayət əməli kimi qiymətləndirilməlidir. Çünki vərəm və digər yoluxucu xəstəliklərə düçar olmuş şəxsləri hərbi xidmətə göndərməklə Rəhim Rəsulov əslində onların ölüm fərmanına imza atmış olub. Lakin nədənsə hələ də buna görə aidiyyəti qurumlar onun barəsində müvafiq ölçü götürməyiblər. Maraqlıdır, görəsən, səlahiyyətli qurumlar kimi və ya nəyi gözləyirlər?..»
Azerinews.org-a daxil olan m’lumatlarda SHXÇDX-nin Tovuz rayon şöbəsinin rəisinin bir neçə gündür ki, ortalıqda görünmədiyini vurğulanır.Mənbənin sözlərinə görə, polkovnik-leytenant hər an həbs oluna biləcəyindən ehtiyat etdiyi üçün ölkənin ucqar dağ kəndlərindən birində gizlənir: «Artıq bir müddətdir ki, Rəhim Rəsulov yoxa çıxıb. Onu nə Tovuzda, nə də ki, Bakıda tapmaq mümkün deyil. Neçə vaxtdır ki, iş yerində görünmür.
Əldə etdiyim bilgilərə görə, artıq onun işdən azad olunması istiqamətində bir sıra tədbirlər planlaşdırılır. Ölkənin Hərbi Prokurorluğu da bu məsələdə fəallıq nümayiş etdirsə, yəni Rəhim Rəsulovun fəaliyyətini ciddi şəkildə araşdırsa lap yerinə düşər. Çünki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində olub-bitənlər, yol verilən kobud və bağışlanılmaz nöqsanlar ölkənin ordu quruculuğu sahəsində etdə etdiyi uğurları kölgə altına alır. Bunun məsuliyyəti isə birbaşa Rəhim Rəsulovun üzərindədir. Odur ki, Hərbi Prokurorluq polkovnik-leytenantın əməllərinə tez bir zamanda hüquqi qiymət verməlidir».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər