Abşeron Təhsil İdarəsinin müdiri ilə bağlı şok iddia
4-09-2013, 10:15
Oxunub: 7 811
Başlarının üzərində mərhum prezident Heydər Əliyevin şəklini saxlasalar da, müxalif nümayəndələrlə xoş münasibət quran məmurlar “məşhər günü” olacağı təqdirdə, sığortalanmaq istəyirlər.
Azerinfo.org-a verilən xəbərdə deyilir ki, Abşeron rayon Təhsil Şöbəsinin rəisi Nadir Ağayev də “balans”lı siyasət yürüdənlərdəndir.
Belə ki, onun müxalifətin vahid namizədi Cəmil Həsənli ilə xoş münasibətinin olduğu vurğulanır. C.Həsənlini dəyərli ziyalı kimi qiymətlədirən N.Ağayevin yaxın qohumlarını müxalifətin namizədinə imza toplamağa yönləndirdiyi də iddia olunur.
Xatırladaq ki, Nadir Ağayevin adı bir müddət öncə şok rüşvət skandalında hallanmışdı. Bakı şəhər sakini Arzu Calal qızı Məmmədovanın yazdığı şikayət ərizəsində qeyd olunmuşdu ki, 2007-ci ildə Abşeron Rayon Təhsil Şöbəsinə iş üçün müraciət edən bu xanım RTŞ müdiri Nadir Ağayevə 13 min manat rüşvət verib.
Nadir Ağayevin onu işə düzəltmək üçün öncə 5 min, daha sonra isə daha “varlı” baxçaya müdir təyin etmək üçün 8 min manat aldığını bildirən Arzu Məmmədova həm də “aylıq” verib: “hər ay RTŞ müdirinə 100 manat və şöbənin metodisti Samirə Məmmədovaya 50 manat olmaqla aylıq haqq ödəmişəm”.
Şikayətçi bildirirdi ki, o, rüşvət verməməyə çalışsa da, RTŞ müdiri onu işdən atmaqla hədələyərək, davamlı şəkildə ondan rüşvət alıb. Beləcə də, 2007-ci ildən etibarən 1 il 9 ay Abşeron rayonu 1 saylı uşaq bağçasının müdiri vəzifəsi işləyən A.Məmmədova 8 min manat qarşılığında “prestijli” saylı baxçaya müdir təyin olunub. 2011-ci ilə qədər həmin bağçada çalışan A.Məmmədova ərizəsində qeyd edir ki, işlədiyi bütün müddət ərzində hər ay RTŞ müdirinə 100 manat və şöbənin metodisti Samirə Məmmədovaya 50 manat olmaqla aylıq haqq ödəyib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də Nadir Ağayev zənglərimizə cavab vermədi. Rayon Təhsil Şöbəsinin internet resurslarında qeyd olunan nömrələri də işləmədiyindən bildiririk ki, redaksiyamıza müraciət olunacağı təqdirdə Abşeron RTŞ-nin rəhbərliyinin məsələyə münasibətini də dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər