BolgeXeber.Com » Analitika » Etibar Pirverdiyevin başı dərddə

Etibar Pirverdiyevin başı dərddə

7-09-2013, 09:20
Oxunub: 7 204 Dövlətin pulunu Dubayda kefə xərcləyən məmur haqda şok faktlar

“Anonymous” haker qrupu “Azerenerji” ASC-nin saytını dağıdaraq sənədləri ələ keçirəndən sonra quruma məxsus 80 vacib sənəd internet məkanına düşüb. Onların arasında ən maraqlısı “Azərenerji”nin bir əməkdaşının dövlət hesabına ezamiyyət xərcləri ilə bağlı olan sənədlərdir. Sənədlərdə həmin məmurun adı çəkilmir.

Saytın əldə etdiyi və yaydığı sənədlərdə göstərilən xərclər cədvəlindən də görünür ki, “Azərenerji”dən olan məmurlar dövlət vəsaiti hesabına krallar kimi yaşamağı çox sevirlər.
Ələ keçən sənəddən görünür ki:
Dubaydakı lüks “Jumeirah Dubay” hotelində nömrənin (otağın) bir sutkalıq xərci Azərbaycanın dövlət büdcəsinə 327 dollara başa gəlib;
Elitar “Salmontini Dubai - Restaurant” restoranında Azərbaycan dövlətini 1127 dollar ziyana salıb;
Həmin azərbaycanlı məmur yaxşıca yeyib-içəndən sonra saunaya getmək eşqinə düşüb və “Azərbaycan xalqının işıqlı gələcəyi yolundakı ağır və gərgin zəhmət”dən sonra “Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında 487 dollara dincəlib;
"Louis VUITTON", “İF boutique”, “Harvey NİCHOLS”, “FALCON Gallery”, “HOME CENTRE” və digər dəbdəbəli butiklərdə alış-veriş edərək buna da 20000 dollaradək dövlət pulunu xərcləyib;
Biznes-klass sinfindən olan avtomobilin icarəsi isə ana vətənimizə nisbətən ucuz başa gəlib - “cəmisi” 780 dollara...
“Azərenerji” ASC mətbuat xidməti rəhbərinin müavini Ələkbər Baxşəliyev virtualaz.orğ-a bildirib ki, sənədlərin kənara necə çıxması məsələsi qurumun rəhbəri Etibar Pirverdiyevin göstərişi ilə araşdırılmağa başlanıb və təhqiqatın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Amma Ə.Baxşəliyev “Azərenerji” məmurunun Dubay ezamiyyəti və xərcləri barədəki suala cavab verməyib. Deyib ki, o, bu sənədlərdə söhbətin konkret kimdən, hansı məmurdan getməsi barədə heç nə bilmir.musavat