Azərbaycanlı nazir Riqada 16 milyon dollara otel aldı
7-09-2013, 09:50
Oxunub: 7 014
“Hotel de Roma”ya sahib olan məmurumuzun Pribaltikadakı böyük biznesinə Latviyanın keçmiş XİN başçısı nəzarət edir
Azərbaycanın çox nüfuzlu nazir-oliqarxlarından biri Latviyanın ən tarixi binalarından birinə sahib olub. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Latviya mətbuatı məlumat yayıb. Riqadan isə redaksiyamıza bu xəbərlə bağlı təfərrüatlar daxil olub. Məlumatda bildirilir ki, Riqanın mərkəzində yerləşən “Hotel de Roma” tarixi mehmanxanasını Latviyanın keçmiş xarici işlər naziri Linda Abu Merinin rəhbərlik etdiyi “Benkons” şirkəti alıb.
Bir çox ölkələrdə fəaliyyət göstərən həmin şirkət isə əslində azərbaycanlı nazirə məxsusdur və o, “Benkons”a nəzarəti iki il əvvəl ələ keçirib. Elə həmin vaxtdan da “Benkons”un Latviya filialına Linda Abu Meri rəhbərlik edir. Azərbaycanlı nazir “Hotel de Roma”nı təxminən iki ay əvvəl alıb. Bunun üçün həmin nazir Linda Abu merinin vasitəsilə Latviya tərəfinə 16 milyon dollar ödəyib.
Məlumatda bildirilir ki, həmin azərbaycanlı nazir iki ay əvvəl Riqaya səfər edib və sözügedən bina ilə şəxsən tanış olub. Məhz onun razılığından sonra bu sövdələşmə həyata keçirilib.
Xəbərdə həmçinin qeyd olunur ki, Linda Abu Meri həmin azərbaycanlı nazirin Latviyada, eyni zamanda Pribaltikadakı biznesinə nəzarət edir. Azərbaycanlı nazir latviyalı keçmiş nazirin vasitəsilə Pribaltikada bir sıra böyük obyektlər alıb və böyük biznes qurub.
İndi isə bu biznesi daha da genişlətmək istəyir. Xəbəri verən mənbənin sözlərinə görə, həmin nazir son illərdə Pribaltika ölkələrinə yüz milyondan çox para yatırıb. Pribaltika ölkələrinin iqtisadi vəziyyətini və imkanlarını nəzərə alsaq, bu, həmin ölkələr üçün çox böyük yatırım hesab olunur.
Latviya mətbuatının yaydığı bu məlumatdan sonra bir daha təsdiqləndi ki, Azərbaycanın var-dövlətini talayan ayrı-ayrı məmurlar hər il ölkədən yüz milyonlarla məbləğində paralar çıxarırlar və xarici ölkələrdə özlərinə böyük biznes qururlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər