BolgeXeber.Com » Analitika » İsmət Abbasovun müavininin “dəvəquşu” sirri

İsmət Abbasovun müavininin “dəvəquşu” sirri

7-09-2013, 11:15
Oxunub: 7 351 A. Aslanovun nəinki “quş”, hətta “dəvəquşu” buraxması İsmət Abbasovun lap ürəyincə olub

Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun virusa yoluxmuş mal-qaranın ətindən yediyini, ancaq yoluxmadığını söyləməsi, bu azmış kimi az qala həmin əti reklam etməyə çalışması yola saldığımız həftənin əsas lətifələrindən birinə çevrilib. Sosial şəbəkələrdə və mətbuatda nazir müavinin bu yersiz açıqlaması məsxərəyə qoyulub, bəzi ekspertlərsə onun açıqlamasında cinayət tərkibi olduğunu bildirərək prokurorluğun tədbir görməsinin zəruriliyini bildiriblər. Xatırladaq ki, Aslan Aslanov bu günlərdə mətbuata açıqlamasında son zamanlar ölkə heyvandarlığını səksəkəyə salan qorxunc virusun insanlara keçə biləcəyiylə bağlı mütəxəssis xəbərdarlığına bu sözlərlə etiraz etmişdi: “Bu virus insanlara keçmir. Nazir və mən yerlərdə olmuşuq. 220 min baş mal-qaranı sağaltmaq mümkün olub. Biz də o ətdən yemişik. Şəxsən mən, əsgərlərimiz də yeyir, insanlar yeyir, birimizin öldüyünü eşitmisinizmi?”

Nazir müavinin “tarixi” açıqlamasında Moderator.az-ın diqqətini başqa bir incə nüans çəkib. Belə ki, A. Aslanov “nazir və mən yerlərdə olmuşuq” ifadfəsiylə əslində İsmət Abbasova xoşməramlı jest etmək istəyib. Ancaq reallıqda onların münasibətlərinin o qədər soyuq olduğu deyilir ki, nazirlə müavini hətta salamlaşmırlar. Onların hər ikisini tanıyan mənbə iddia edir ki, hətta xeyirdə və şərdə onlar eyni masa ətrafında oturmamaq üçün əvvəlcədən tədaürk görür, toy və yas sahiblərini bununla bağlı məlumatlandırırlar. Mənbə iddia edir ki, anoloji vəziyyət vaxtilə keçmiş nazir İrşad Əliyevlə o vaxtkı müavini İsmət Abbasov arasında yaşanıb. Ancaq elə ki, İrşad Əliyev nazir kürsüsünü icra başçısı qoltuğuna dəyişib, İsmət Abbasovun çətin günlərinə son qoyulub. Ancaq nazir hardan biləydi ki, yağışdan çıxıb yağmura düşüb və Aslan Aslanov icra başçısı kreslosunu nazir müavini kürsüsünə dəyişməklə bu zəhlətökən “ənənə”ni davam etdirəcək.

Göründüyü kimi A. Aslanov nazirlə aralarında soyuqluğun arxada qaldığını büruzə verməyə çalışsa da heç şübhəsiz onun nəinki “quş”, hətta “dəvəquşu” buraxması, üstəlik, yaxın qohumu müdafiə naziri Səfər Əbiyevi də zərbə altında qoyması İsmət Abbasovun lap ürəyincə olub. Hələ Allah eləməmiş, sabah kiminsə həmin virusdan dünyasını dəyişdiyi təsdiqlənsə, onda gərək Aslan Aslanov baş götürüb ölkədən qaça...