BolgeXeber.Com » Analitika » Şəmsəddin Hacıyev haqda ilginc məlumatlar üzə çıxdı

Şəmsəddin Hacıyev haqda ilginc məlumatlar üzə çıxdı

12-09-2013, 11:40
Oxunub: 4 974 Fərhad Əliyevin hesabına vəzifə sahibi olan Şəmsəddin Hacıyev ADİU-da yazı taxtasının arxasında nələri axtarırmış?

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevlə bağlı maraqlı məlumatlar üzə çıxıb. Deputat rektorun indiki məqama gəlib çıxmasında bir sıra işləkləri olub.
Onu yaxından tanıyanlardan birinin verdiyi məlumata görə, Hacıyev bir zamanlar ADİU-da kafedrada müəllim işləyirmiş. Sonradan kafedra müdiri olun indiki rektor tələbələri ilə «yaxşı» münasibət qurmağı bacarıb. Elə buna görə imiş ki, tələbələrin yazı taxtalarının arxasında gizlətdiyi əşyaların yerini bilirmiş. Hətta istədiyini tapa bilməyəndə onlardan yardım da istəyirmiş.
Məlumatlarda vurğulanır ki, bir zamanlar Şəmsəddin Hacıyev tələbələrdən imtahanda təkcə pul deyil, həm də limon alırmış. Qiymət almaq üçün onun istəklərini yerinə yetirən tələbələr imtahanlarını 3 limona yola verirmişlər.
Azerinews.org-a verilən məlumata görə,Şəmsəddin Hacıyevin parlamasında sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin müstəsna xidmətləri olub. Belə ki, İİN-in həmin zamanlar həyata keçirdiyi layihələrdə mütəxəssis kimi iştirak edən deputat rektor keçmiş nazirin etimadını qazanmağı bacarır. Daha sonra isə onunla daha yaxın münasibətlər quraraq, dostluğunu dərinləşdirir. Qısa müddətdən sonra məhz Fərhad Əliyevin təqdimatı ilə Şəmsəddin Hacıyev rektor təyin olunur. Elə həmin vaxtdan da o, indiki vəzifəsində qalmağı bacarır.
Maraqlı məqamlardan biri də odur ki, Şəmsəddin Hacıyev sonradan Fərhad Əliyevlə münasibətlərini inkar edib. Hətta onun qarşısına keçmiş nazirlə birlikdə çəkdirdiyi fotoşəkillər qoyulsa da, onların fotomontaj olduğunu deyib. Amma bütün bunlara baxmayaraq, onun bü gün də keçmiş nazirin ailəsinə yardım etdiyinə dair məlumatlar var.
Qeyd edək ki, Şəmsəddin Hacıyev haqqında olduqca maraqlı məlumatlar da var. Həmin məlumatlar onun rəhbərlik etdiyi universitetdə cərəyan edən proseslərlə bağlıdır.
ANONS:
- ADİU-da laborant vəzifəsində çalışan, lakin özünü rektor kimi aparan «Seva» kimdir?
- Şəmsəddin Hacıyevlə «Seva»nın nə kimi əlaqələri var?
- Universitetdə hansı maxinasiyalar həyata keçirilir?
- Əslən, Naxçıvan və Qərbi Azərbaycandan olan müəllimlər niyə diskrimansiyaya uğrayırlar?
Bu və digər maraqlı məlumatları yaxın günlərdə bizdən oxuyun…