BolgeXeber.Com » Analitika » Ramal Quliyev özü barəsində yazılanlara aydınlıq gətirdi

Ramal Quliyev özü barəsində yazılanlara aydınlıq gətirdi

12-09-2013, 18:10
Oxunub: 7 476 Ramal Quliyev özü barəsində yazılanlara aydınlıq gətirdi: “Hər gün haqqımda min cür şər-böhtan yazırlar”

Bir müddət əvvəl, mətbuatda Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev haqqında yazılan məlumatları aydınlaşdırmaq üçün,əməkdaşlarımız Goranboya və Mingəçevirə ezam olundular . Araşdırmalarımız başladı və Ramal quliyevə zəng vuraraq özü haqqında yazılanlara münasibət bildirməyini xahiş etdik. Çox sağolsun zəngimizi cavabsız qoymayaraq , özü barəsində yazılanlara aydınlıq gətirdi: “Bu qədər də şər-böhtan olmaz. Hər şeyin bir həddi-hüdudu var. Mən başa düşmürəm ki, bu yalan məlumatları kim və niyə yayır? Əgər atama görədirsə onun gördüyü işlər göz qabağındadır, bu barədə yazsınlar. Müsbətdirsə yaxşı yazsınlar, pisdirsə tənqid etsinlər. Bəs məndən niyə yazırlar başa düşmürəm. Kimə nə etmişəm? Hər gün haqqımda min cür şər-böhtan yazırlar”. Bu sözləri əməkdaşlarımıza eksklüziv açıqlamasında Goranboyun icra başçısının oğlu Ramal Quliyev bildirdi. O, son vaxtlar mətbuatda özü və icra başçısı olan atası Nizaməddin Quliyev barəsində yayılan xəbərlərə aydınlıq gətirərək bildirdi ki, nə mən, nə də atam heç bir qanunsuz addım atmamışıq. Heç atmariqda. Heç bir adam hamı üçün yaxşı ola bilməz. O, bütün yazıları və deyilənləri şayiə, şər-böhtan adlandırdı. R.Quliyev əməkdaşımıza qısa müsahibəsində qeyd etdi ki, əgər belə davam etsə məhkəməyə müraciət edəcək: “Hazırda Bakıdayam. Öz İşimdəyəm və heç bir yerə qaçmamışam. Heç bir problem də yoxdur. Heç kimin haqqını yeməmişəm, yemərəmdə.Yazıblar ki, guya atam məni xaricə qaçırdıb, pulları hansısa müğənniyə xərcləmişəm. Mənə qaranlıq qalıb ki, belə yalan xəbərləri haqqımda nə üçün yayırlar? Bir insafları olsun, Allah var başımız üstündə. Yazırlar ki, “Fəqan - Xidmət” MMC mənə məxsusdur. Tamamilə səhvdir. Mingəçevirdə bankda işləməyimdən yazırlar. Mən həqiqətən də 2010-2012-ci illərdə “Kapital Bank” Mingəçevir şəhər filialına rəhbərlik etmişəm və 2012-ci ilin iyul ayında başqa rəhbər vəzifəyə keçməyim ilə əlaqədar öz ərizəmə əsasən işdən azad edilərək, başqa vəzifəyə təyin edilmişəm, ancaq bankda yeyintiyə yol verdiyim barədə deyilənlər yalandır. Mən hal-hazırdada bank sektorunda mühüm bir vəzifədə çalışıram. Yeyintiyə yol vermiş bir adam bu vəzifəni daşıya bilməz. Artıq dözümün də həddi var. Buna son qoysunlar. Mənim nə şirkətim var, nə də qanunsuzluq etmişəm. Hər gün bir şər yazırlar. İcra başçısının oğlunun yazılanlara reaksiya verməsi və bu söz-söhbətlərə aydınlıq gətirməsi əslində hər iki tərəf üçün müsbət addımdır. Həm artmaqda olan dezinformasiyalara son qoyulacaq, həm də ittiham olunan tərəf öz arqumentlərini gətirib haqlarını müdafiə edəcək. R.Quliyev onu da bildirdi

ki, onun telefonu daim açıqdır və barəsində yayılan ittiham xarakterli xəbərlərə hər zaman münasibət bildirməyə hazırdır: “Mənə zəng edib soruşsunlar, dəqiqləşdirsinlər. Dəqiqləşdirmədən həqiqət olmayan məlumatlar yazmaq düzgün deyil”. Mətbuatda mənim haqqımda yazılanların hamısı uydurma cəfangiyatdır. “Fəqan-Xidmət “ MMC Mingəçevir şəhərində qeydiyyatdan keçib, mən də Mingəçevirdə işləmişəm.

“Kapital bank”-ın Mingəçevir filalı ilə əlaqə saxlayan əməkdaşlarımıza, filialdan belə cavab veriblər: “ Ramal Quliyevin, Mingəçevir şəhərndən getməsi, onun başqa işlə təmin olunması ilə əlaqədardır”. Sonra “Fəqan-Xidmət” MMC ilə əlaqə saxlanıldı, oradan da Ramal Quliyevlə heç bir əlaqənin olmadığı vurğulandı. Şirkətdən və “Kapital bank”-dan verilən cavablar müsahibimizin verdiyi cavablarla üst-üstə düşdü.Beləliklə apardığımız araşdırmalar , İcra Başçısının oğlu haqqında yazılan məlumatları alt –üst etdi.

ELXAN ABDULLAYEV

Bakı-Goranboy-Mingəçevir-Bakı.