BolgeXeber.Com » Analitika » Şəmsəddin Hacıyevin günahı- “pərdəarxası” görüntülər

Şəmsəddin Hacıyevin günahı- “pərdəarxası” görüntülər

16-09-2013, 12:45
Oxunub: 4 394 «Seva»nın özünü rektor kimi aparmasının səbəbi onun özünə arxayınlığı ilə yanaşı, həm də Şəmsəddin Hacıyevə olan bağlılığıdır

Ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev haqqında məlumat vermişdik. Bildirmişdik ki, sözügedən şəxsin keçmişdə və bu gün bir sıra «maraqlı» işləri olub. Eyni zamanda, ADİU-da «Seva» adlı laborantın nə kimi işlər gördüyü barədə də qısa məlumat vermişdik.
Daxil olan məlumata görə, İqtisad Universitetində «Seva»nın özünü rektor kimi aparmasının səbəbi onun özünə arxayınlığı ilə yanaşı, həm də Şəmsəddin Hacıyevə olan bağlılığıdır. Məlumatlarda deyilir ki, «Seva» uzunmüddət ADİU-da kafedraların birində laborant kimi çalışıb. Şəmsəddin Hacıyevlə münasibətləri yarandıqdan sonra isə ailəli olan bu şəxs məhz rektorun təkidi ilə ondan boşanmalı olur. Elə «Seva»nın ulduzu da bundan sonra parlayır. Və artıq universitetdə hər kəs onun sözünü eşitmək məcburiyyətində qalır. Nəticədə, bu gün də «Seva» ADİU-da bütün işləri həll edə biləcək gücdə olan biri olaraq qəbul edilir. Çünki onun Şəmsəddin Hacıyevin qəbuluna girərək, ondan istənilən məsələnin həllinə dair xahiş edə bilir. Və sözü də yerə düşmür.
Azerinews.org-a verilən bir başqa məlumatda o da vurğulanır ki, Şəmsəddin Hacıyev Fərhad Əliyev həbs olunandan sonra hakimiyyət daxilində başqa bir komandanın üzvü olmağa nail olur. Deputat mandatı əldə etdikdən sonra həmin komanda ilə dərin münasibət qurmağı bacaran sözügedən şəxs qısa müddətdə ADİU-da «təmihləmə» əməliyyatına start verir. Elə bu «siyasət»in nəticəsi idi ki, qısa müddətdə universitetdə dərs deyən əslən Naxçıvan və Qərbi Azərbaycandan olan müəllimlərin bir çoxu işdən çıxarılır. Və bu işdən çıxarılmalar müxtəlif bəhanələrlə həyata keçirilir.
Qeyd edilir ki, Şəmsəddin Hacıyev özünü «Şirvan-Bakı» qruplaşmasının əsas fiqurlarından biri hesab edir. Üstəlik, onun Naxçıvan və Qərbi Azərbaycandan olan müəllimlərə qarşı aqressiyası da məhz bu regional prinsiplərdən irəli gəlir. Hərçənd Hacıyev üçün regional maraq anlayışı yoxdur. Onu düşündürən tək şey mövqelərini qoruyub saxlamaq və daha çox pul qazanmaq həvəsidir.

ANONS:
- Şəmsəddin Hacıyev hansı yüksək çinli məmurun adından sui-istifadə edir?
- Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla rektor arasında hansı narazılıqlar var?
- Mətbuatda Əli Abbasovla bağlı məlumatları kimlər və necə yazdırır?
Bu və digər maraqlı məlumatları yaxın günlərdə bizdən oxuyun…