Yol polisi əməkdaşları jurnalistlərə qənim kəsilib
16-09-2013, 15:35
Oxunub: 5 541
Bu gün təxminən saat 12-50 radələrində, Bakıxanov dairəsində "Araz Media" qəzetinin müxbiri, Osmanov Rahim Şirin oğlunun idarə etdiyi ZAZ markalı 90 XA 635 nömrəlı dövlət nömrə nişanlı avtomobili, DYP-nin patrul ekipajı (əməkdaşımız çox narahat olduğu üçün, patrul avtomobilinin nomrəsini yadda saxlamamışdır) olaraq saxlatmış və ona əsassız olaraq, cərimə protokolu tərtib etmişdir. Jurnalist polis inspektorunun bu əməlinin qanunsuz olduğunu bildirmiş və tədbirə gecikəcəyini də nəzərinə çatdırmışdır. Döş nişanı 17-07 olan inspektor İbrahimov Ağamoğlan Firuz oğlu isə jurnalisti bu sözlərlə təhqir etmişdir. "Get nə bilirsən et. Mənim jurnalistlərdən çoxdan zəhləm gedir, mənim haqqımda bir jurnalist o vaxt tənqidi material yazmışdı və mən məhz sənin maşınında press sözü gördüyüm üçün, o jurnalistə olan qəzəbimdən bu protokolu yaziram" demişdir. Faktla bağlı, qəzetin baş redaktoru Fariz Quliyev, DİN-in Mətbuat Xidmətinin rəhbəri Orxan Mansurzadə ilə əlaqə saxlamış və öyrənmək istəmişdir ki, yol polisinin jurnalistə bu qədər kinli olmasının səbəbi nədir? DİN rəsmisi isə yüzlərlə polis əməkdaşına cavabdeh ola bilməyəcəklərini bildirmiş və baş redaktora bu məsələni işıqlandırmağı və prokurorluqa müraciət etməyii məsləhət görmüşdür. Araz Media rəhbərliyi isə bu "məsləhət"-ə əməl edəcəklərini və mütləq Baş Prokurorluğa müraciət edəcəyini bildirmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər