BolgeXeber.Com » Analitika » “Azərkörpü”-də həyata keçirilən maxinasiyalar

“Azərkörpü”-də həyata keçirilən maxinasiyalar

16-09-2013, 23:30
Oxunub: 4 097 Əfəndi İsmiyev qnunsuz əməllərini Abid Şərifovun adından sui-istifadə etməklə sığortalayır

Son vaxtlar, Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-nin fəaliyyəti getdikcə daha çox ictimai diqqəti özünə cəlb etməkdədir. Daha dəqiq desək diqqəti cəlb edən məqamlar bu fəaliyyətin ASC rəhbərliyinin əsasən gizlin saxlamağa səy göstərdiyi tərəfləri ilə bağlıdır. Məlum olduğu kimi “Azərkörpü”ASC Bakı şəhərində SSRİ-nin Nəqiliyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə “Mostootryad”-100” kimi başlayb. 2001-ci ildə həyata keçirlən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət satusunu alıb. Bu gün ASC-yə rəhbərlik edən Əfəndi İsmiyevin ictimai diqqətdən kənarda saxlamağa üstünlük verdiyi məqamlar da əsasən məhz elə cəmiyyətin bu statusu almasından sonra formalaşmağa başlayıblar. Belə ki, respublikanın fond bazarı üzrə ixtisaslaşan bir çox ekspertlər bildirirlər ki, milyonlarla manat mənfəət əldə edən "Azərkörpü" ASC illərdən bəridir ki, hər səhm üçün 0,90 manat dividend elan edir. Hərçənd şirkət bu dividendi ən azı 10 dəfə artırmaq iqtidarındadır. Aşkardır ki, ASC-nin rəhbərliyi qanunvericilikdə dividendlərin həcminə dair tələbin olmamasından sui-istifadə edir. Mövcud qanunvericiliyə görə, dividend cəmiyyətin xalis mənfəətindən onun iştirakçılarına ödənilir və məbləği Direktorlar Şurası tərəfindən ümumi yığıncağa tövsiyə olunur. Mənfəətin qalan hissəsi isə digər zəruri məqsədlər üçün yönəldilə bilər. Qeyd edək ki, ASC-nin verə biləcəyi dividendlərə dair başqa bir ekspert rəyinə görə hələ 2010-cu ildə “Azərkörpü” ASC-nin hər səhmi 75 manat mənfəət gətirib. Bu isə əvvəlki ildəkindən 56,57 manat çoxdur. Lakin səhmdarlara 2010-cu ildə də əvvəlki illərdə olduğu kimi bir səhm üçün cəmi 0,90 manat dividend ödənilib. Digər tərəfdən isə “Azərkörpü” ASC hər il mənfəət və əsas vəsaitlərin amortizasiyası hesabına kapital qoyuluşları edərək, 10 milyonlarla manat dəyərində əsas vəsait əldə edir. Buna baxmayaraq, nəzarət səhm sahibləri minoritarların təkliflərini rədd edərək, kapital qoyuluşlarının cəmiyyətin nizamnamə kapitalına yönəldilməsini əngəlləyirlər. Onlar buna qarşı əsaslı arqument qətirməsələr də, səbəb aydındır. Belə ki, Nizamnamə kapitalının yüksəldilməsi proporsional qaydada səhmlərin nominalının artırılması ilə nəticələnəcək. Bu isə majoritarların kiçik səhm sahiblərini səhmdar cəmiyyətindən sıxışdırıb şıxarmaq siyasətinə uyğun deyil. Bu siyasətə görə isə mülkiyyətində olan az miqdarda səhmdən xırda məbləğdə dividend alan səhmdar əvvəl-axır ondan yaxa qurtarmaq barədə qərar vermək məcburiyyətində qalacaq. Hərçənd, “Azərkörpü” ASC səhmlər üzrə yuxarıda qeyd olunduğu kimi 90 qəpik deyil, 75 manat 4 qəpik ödəmək iqtidarındadır. Bu isə hər səhmin nominal dəyərindən 37,5 dəfə çoxdur. Lakin Əfəndi İsmiyevin bütün cəhdlərinə baxmayaraq ASC-nin kiçik səhm sahibləri mövcud reallıqlar barədə getdikcə daha çox informasiyalar əldə edirlər. Buna isə dolayısı yolla həm də ASC sədrinin və Ə.İsmiyevin müavinlərinin üstünlük verdikləri həyat tərzi də şərait yaradır. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda kiçik səhmdarlardan “qənaət edilən”, eləcə də ASC-nin fəaliyyətində kifayət qədər yol verilən maliyyə maxinasiyalarından əldə olunan böyük miqdarda gəlirlərin hansı məqsədlərə xərcləndiyinə dair konkret faktlar təqdim olunur. Bildirilir ki, bir müddət əvvəl Nardaran qəsəbəsi ərazisində Əfəndi İsmiyevin müavinləri tərəfindən 1 hektalıq torpaq sahəsi alınıb. Həmin sahədə isə hər biri təxminən 400-500 min manat dəyərində olmaqla, dörd ədəd xüsusi mülk-villa inşa edilib. Bu mülklərin sahibləri də təbii ki, yenə də ASC-nin sədr müavinləridirlər. Bu arada isə qeyd edək ki, Əfəndi İsmiyevin öz şəxsi villası da yaxınlıqda yerləşsə də, həmin 1 hektarlıq sahəyə daxil deyil. Qeyd edək ki, mövzuya dair son yazıda da xatırlatdığımız bu faktlar, redaksiyamıza təqdim olunmuş müvafiq foto şəkillərlə də təsdiq olunur.

Yeri gəlmişkən cəmiyyətdə formalaşmış ictimai rəy də təsdiq edir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən əksər səhmdar cəmiyyətlər öz səhmləri üzrə az-çox qaneedici divident vermirlər. Buna səbəb kimi isə həmin cəmiyyətlərin rəhbərləri müəssisələrinin guya ki, zərərlə işlədiklərini göstərirlər. Lakin Azərbaycan kimi möhtəşəm iqtisadi inkişaf mərhələsi yaşayan bir ölkədə, “Azərkörpü” ASC kimi inşaat nəhənginin belə bir bəhanəyə istinad etməsi tamamilə absurddur. Ən azından ASC rəhbərliyinin və ilk növbədə səhmlərin 51%-nə nəzarət edən Əfəndi İsmiyevin şəxsi sərvətinin müəssisənin qazandığı hər yeni tenderlə artması bu iddiaları tamamilə rədd edir. Digər tərəfdən isə yeni aldığımız məlumatlarda “Azərkörpü” ASC-nin həmin tenderləri qazanmaq üçün əl atdığı üsullar da böyük şübhə altına alınır. Göstərilir ki, bu üsullardan biri ASC-ni xüsusi himayə etməsi ilə seçilən Abid Şərifovla isti münasibətlərin qorunub-saxlanmasından ibarətdir.



Lakin Əfəndi İsmiyevin rəhbərlik etdiyi ASC-nin fəaliyyətində diqqəti cəlb edən məqamlar tək “dividend oğurluğundan” ibarət deyil. Biz artıq dəfələrlə qəzetimizin səhifələrində, müəyyən vəzifəli şəxslərin nəzarəti altında həyata keçirilən inşaat işlərində çalışan insanların və yaxud da subpodratçı kimi çıxış edən daha kiçik tikinti şirkətlərinin görülmüş işlər müqabilində nəzərdə tutulmuş haqqlarını ala bilmədikləri hallar barədə materiallar dərc etmişik. Bəzi hallarda hətta bağlanmış müqavilələr belə, bəzən icraçını bu kimi fəsadlardan sığortalaya bilmir. Bir müddət əvvəl redaksiyamıza ərizə ilə müraciət etmiş “Soya S” MMC-nin direktoru Vəkil İsgəndərov da belə bir haqsızlıqla üzləşməli olmuşdu. Qeyd edək ki, bu şirkətin əsas fəaliyyət sahəsi də məhz inşaat işləridir. 23.04.2012-ci il tarixində “Soya S” MMC ilə “Azərkörpü” ASC arasında 06/12-PM saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Soya S” MMC Bakı şəhəri, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən, “Zəhmət-Ruzi” MMC-yə məxsus istehsalat binalarının söküntü işlərini “Azərkörpü” ASC-nin subpodratçısı qismində həyata keçirməli idi. Müqavilə bağlandıqdan və sökülməsi nəzərdə tutulan binalar boşaldılaraq müvafiq aktlar əsasında MMC-yə təhvil verildikdən sonra söküntü işlərinə start verilir. Lakin aradan təxminən bir ay keçdikdən sonra “Azərkörpü” ASC-nin rəhbəri Əfəndi İsmiyevin göstərişi ilə ilkin bağlanmış müqavilənin şərtləri birtərəfli qaydada dəyişdirilir. Həm də bu məqama qədər 6,5 hektarlıq sahədə nəzərdə tutulmuş işlərin artıq 70%-i həyata keçirilmişdi. Yeni təyin olunan şərtlər isə MMC-nin maraqlarına və ilkin razılaşmada nəzərdə tutulan şərtlərə tamamilə zidd idi. Buna görə də tərəflər arasında ciddi narazılıq yaranıb. Lakin ASC-nin bu mübahisədə malik olduğu həlledici üstünlük bundan ibarətdir ki, o, artıq görülmüş işlərin pulunu hələ də “Soya S” MMC-yə ödəməyib. Başqa sözlə desək nə burada çalışan insanlar öz haqqlarını alıblar, nə də cəlb olunan texnikanın pulu ödənilib. Bu cür münasibət isə ASC rəhbərliyinin ilk növbədə ölkə qanunlarına və bu qanunlarla tənzimlənən ictimai münasibətlərə etinasızlığımdan xəbər verir.