BolgeXeber.Com » Analitika » Namizədlərin ulduz falı: inadkar, ağıllı, qalmaqallı

Namizədlərin ulduz falı: inadkar, ağıllı, qalmaqallı

17-09-2013, 10:40
Oxunub: 5 096 Prezidentliyə namizədlərin hər biri açıq siyasi fəaliyyəti ilə cəmiyyətə tanışdır. Amma onların çox zaman gizli qalan şəxsi səciyyələri var. Modern.az bu səciyyələrə namizədlərdən hər birinin bürcü və doğulduğu ilin astral xarakteristikası ilə aşkarlıq verəcək.

Prezident İlham Əliyev (24 dekabr 1961-ci il) Oğlaq bürcü, Öküz ilindəndir. Onun ulduz falı deyir ki, romantik deyil, sentimental musiqiləri, filmləri sevmirlər. Bu bürcün sahibləri səs-küydən uzaq, sakit həyatı xoşlayırlar.

Öküz ilində doğulan “oğlaqlar” öz dəyanəti və inadı ilə seçilirlər. Öküzlər yalnız güclü deyil, həm də məntiqli, aktiv və mükəmməl şəkildə öz məqsədlərinə doğru inamlı addımlayır. Bu tip adamlar saatlarla işləyə bilir və yüksək enerjiyə sahib olurlar. Ailəcanlı, qayğıkeş, etibarlı olurlar. Lakin onlar bütün işlərdə nizam-intizama riayət etməyi sevirlər. Öküz ilində doğulan “oğlaqlar” üçün iş prosesi hər şeydən öndə dayanır. Amma bu tip adamları çətin insan adlandırmaq olmaz. Onlarla ünsiyyət qurmaq çox rahatdır.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə (18 sentyabr 1968-ci il) Qız bürcü, Meymun ilindəndir. Qız bürcündən olan kişilər seçdiyi insana hörmətlə yanaşırlar. Həm də realist olurlar. Qəbul etdikləri ən böyük hədiyyə kitabdır. Oxumağı, mütaliə etməyi çox xoşlayırlar.

Meymun ilində doğulmuş “qızlar”ı bahalı restorana dəvət etməyə dəyməz. Çünki onlar pul xərcləməyi sevmirlər.

Öz aktivliyi ilə diqqət çəkirlər. Bu cür insanlar cəmiyyətdə insanların əhvalına təsir etməyi bacarırlar. Ətrafdakılara öz düzgünlüyünü, çalışqanlığını göstərməyə çalışır. İstirahət etməyə vaxt tapmırlar.

“Qız bürcü-Meymun ili” tipi istənilən sahədə uğurlu fəaliyyət göstərə bilər. Lakin təsir altına tez düşürlər.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev (16 aprel 1956-cı il). Qoç bürcü, Meymun ilindəndir. Qoç bürcü od ünsürlüdür, xaraktercə güclü, hökmlüdür. “Qoçlar” qüvvətli və çevik olurlar. Onlarda rəhbərlik istedadı var. Təcavüzkarlığı, nəzakətsizliyi ilə fərqlənirlər. Başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. “Qoçlar” səbirsiz, hövsələsiz olduğuna, diplomatiya bacarığı olmadığına görə tez-tez çətin vəziyyətə düşürlər. Möhkəm iradəsi, cəsarəti ilə seçilirlər.

Meymun İlində doğulmuş “qoçlar” arsız hərəkətləri ilə seçilirlər. Belə insanlar ətrafdakı insanların fikirlərini nəzərə almırlar.

Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu (3 iyun 1954-cü il) Əkizlər bürcü, At ilindəndir. Əkizlər ünsiyyətcil insan olduqlarına görə onlarla münasibət qurmaq o qədər də çətin deyil. Maraqlı qeybəti, dedi-qodunu sevirlər. Özləri də bunula məşğul olurlar. Əkizlər yeməyə, təmizliyə, bahalı daş-qaşa tələbkardırlar. Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Gün rejiminə riayət etmədiklərinə görə, bəzən söz verib aradan çıxan insanlardır.

Bu tip insanlar yüksək aktivliyə malikdirlər. Bəzən amansız, məntiqsiz fikirlər yürüdə bilirlər. Zorakılığa əl atmağı sevmirlər. Ateizmə meylli və lovğa olurlar. Şəxsi təhlükə zamanı istənilən münasibətləri qıra bilərlər.

Millət vəkili Zahid Oruc isə (1 fevral1972-ci il) Dolça bürcü, Siçan ilindəndir. “Dolçalar”la ünsiyyət qurmaq çox asandır. Münasibətdə ən çətini “dolça” kişinin diqqətini cəlb etməkdir. Yüksək zəkaya, intellektə sahibdirlər. Zərif, incə hədiyyələri sevirlər. Xüsusilə kitab hədiyyə almağı.

Dolça kişilər saatlarla telefonda danışmağı xoşlayırlar. Siçan ilində doğulan dolçalar insani münasibətlərə yüksək qiymət verir və dostlarına görə öz planlarından vaz geçirlər. Yumor hissi, böyük fantaziyaya, yeni tədqiqatlar aparmağa meylli olurlar.

Mili Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev (22 dekabr 1962-ci il) Oğlaq bürcü, Pələng ilindəndir. “Pələng ili-Oğlaq bürcü” tipi öz impulslarını idarə edə bilir. Onlar emosional baxımdan dözümlü və səbirlidirlər. Məhz buna görə onlar başladıqları işi məntiqi sonluğa çatdırmağa qadirdirlər. Hər bir işin meyarını bilirlər. Həm də çox tərs olurlar. Ətraf şəraiti düzgün qiymətləndirə bilirlər. Buna görə də zirvəyə doğru gedirlər. Güclü intusiyaya malikdirlər. İnsanlarla münasibətdə kifayət qədər loyal olurlar. Belə insanlar kollektivi ümumi məqsədlər üçün birləşdirməyi bacarır.

Lider xüsusiyyətlərinə malik olan “Pələng İli-Oğlaq bürcü” şəxsi həyatda azadlığa üstünlük verirlər. Onları ilk növbədə biznes və karyera maraqlandırır. Məhəbbət, sevgi ikinci, nigah isə onlar üçün üçüncü dərəcəlidir. Onu maraqlandıracaq qadın kifayət qədər inkişaf etmiş və qısqanc olmamalıdır.

ASDP sədri Araz Əlizadə (3 noyabr 1951-ci il). Əqrəb bürcü, Dovşan ilindəndir. “Əqrəblər” komplimenti də çox xoşlayır, tənqidi heç sevmirlər. Ona söz verilibsə, mütləq əməl etmək lazımdır. Təyin olunmuş yerə gecikməyi də xoşlamırlar. Yoxsa kişi əqrəb çıxıb gedəcək.

“Dovşan ili-Əqrəb bürcü”ndə doğulanlar yüksək intusiyaya malik olurlar. Öz potensialından yalnız şəxsi məqsədlər üçün istifadə edir. Bütün aktivliyi maliyyə əldə etməyə söykənir. Söz və hərəkətlərinə görə sona qədər məsuliyyətdən yayına bilirlər. Hansısa bir işi onların boynuna qoymaq, təsir altına almaq qeyri-mümkündür. Reputasiya onlar üçün hər şeydən üstündür. Müəyyən həyati situasiyalarda öz əqidələrindən dönə bilər. İntim həyata gəldikdə onların həyatı ehtirasla doludur. “Dovşan ili-Əqrəb bürcü”ndə doğulanların şəxsi həyatı qalmaqallarla zəngin olur. Buna səbəb isə ambisiyalarının önə çıxmasıdır.

Milli Şuranın prezidentliyə vahid namizədi olan Cəmil Həsənli (15 yanvar 1952-ci il) Oğlaq bürcü, Əjdaha ilindəndir. “Əjdaha-Oğlaq” daim uğura doğru addımlayır. Onlar nə vaxt və necə uğuru əldə etməyi bilirlər. Yeganə mənfi cəhətləri güclərini olduğundan artıq nümayiş etdirmələri və illüziyalar aləminə qapılmalarıdır.

Bu tip adamlar həyat boyunca başıuca addımlayırlar. Onlardan çox yaxşı rəhbər də ola bilər. “Əjdaha İli-Oğlaq bürcü” tipi sevgiyə uzun müddətdən sonra sahib və qurulan ailə möhkəm olur.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov (20 mart 1938-ci il) Balıqlar bürcü, Pələng ilindəndir. “Balıqlar” olan məclislərdə onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər bunu bacarmırlarsa, qıraqda durub darıxacaqlar.

“Balıqlar” monoloq söyləməyi xoşlayır. Onların sözünü kəsmək olmaz. Tənhalıqdan isə yaman qorxurlar. Şəkil albomu, bahalı aksessuarlar hədiyyə almağı da sevirlər. “Pələng ili-Balıq bürcü” tipi cazibədar olur, özlərinə çox fikir verir və qadınla, dostla münasibətdə çox möhkəm olurlar. Geniş dünyagörüşünə, ünsiyyətcil olmalarına baxmayaraq, bəzən öz potensiyallarından necə istifadə etmək lazım olduğunu bilmirlər. Onlar daxili ideallarının axtarışındadırlar.

BAXCP sədri Qüdrət Həsənquliyev (29 yanvar 1965-ci il) Dolça bürcü, İlan ilindəndir. Öz təbiətləri etibarı ilə iradəli olurlar. Bu insanların təyinatı ictimai birliklərin sədri olmaqdır. Tabeliyində olan insanları buraxdığı səhvlərə görə sərt cəzalandırır. Demək olar ki, hər kəsdən şübhələnirlər.

“İlan ili-Dolça bürcü” tipi öz maraqları üçün özgəsinin məsuliyyətindən istifadə edə bilər. Özünə qarşı təhlükə yarandıqda dərhal zorakılıqdan istifadə edirlər.