Səfər Mehdiyev gülləkeçirməz maşınları necə alıb?
11-08-2022, 16:42
Oxunub: 10 160
Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin zirehli BMV markalı avtomobildə gəzdiyi ilə bağlı məlumatlar dərc olundu. Hətta Mehdiyevin ailəsinin də zirehli avtomobildən istifadə etməsi yayılan məlumatlar arasında yer alıb.
Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Axar.az-a açıqlamasında qanunla qadağan olunmayan hər bir şeyin icazəli sayıldığını deyib. Onun sözlərinə görə, əgər məmur dövlət büdcəsinin hesabına özünə xüsusi zirehli avtomobil alarsa, o zaman onu sorğulamaq olar: “Ona görə də dövlət qulluqçuları, həmçinin Səfər Mehdiyev bu gün zirehli avtomobildən rahat istifadə edə bilirlər. Amma bu gün nəinki dövlət qulluqçuları, hətta hər kəs zirehli avtomobil alıb sürə bilər. Buna heç bir qadağa yoxdur”.
Professor onu da bildirib ki, zirehli maşınlar çox bahalıdır, bu maşınlardan istifadə edən şəxslər onu hardan və necə aldığı haqda bəyannamə təqdim etməlidirlər: “Gömrük Komitəsinin sabiq sədri hansı qazancla özü və ailəsinin bu avtomobillərdən istifadə etdiyini açıqlayarsa, heç bir problem olmaz. Sadəcə, məmurların bizneslə məşğul olması qadağandır. Yəni S.Mehdiyevin o maşınları halal qazancı ilə aldığını sübut etməsi olduqca çətin məsələdir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər