Bakının Nizami rayonundakı məktəblərdə rüsvayçılıq
22-09-2013, 09:40
Oxunub: 5 802
Bildiyiniz kimi bütün dərslik kitabları orta məktəblərədə oxuyan şagirdlərə Təhsil Nazirliyi ,yəni dövlət tərəfindən pulsuz paylanılır.
Lakin Qafqaznews.az-ın redaksiyasına daxil olan məlumatdan məlum olur ki,dərslik vəsaitləri sarıdan Nizami rayonundakı orta məktəblərdə rüsvayçılıq baş alıb gedir. Şikayət edən valideyinlərin dediyinə görə sentyabırın 16-da dərslər başlayan kimi onlar dərsliklə bağlı problemlə üzləşiblər. Belə ki, Nizami rayonunda yerləşən orta məktəblərdə aşağı siniflərə gedən şagirdlərin valideyinlərinə bildirilib ki, məktəblərdə kitab yoxdur və həmin kitabları onlar özləri tapıb almalıdırlar. Redaksiyamıza müraciət edən valideyinlər də uşaqlarının kitablarını əldə etmək üçün dükanlara üz tutmağa məcbur olublar.
Belə ki, onlar lazımi ibtidai sinif kitablarını Neftçilər bazarının arxasındakı dükanlardan pul ilə alıblar. Təhsil Nazirliyi tərəfindən çap edilən, arxasında "pulsuzdur" sözü yazılan kitabların pul ilə alınması əlbəttə ki,çox açınacaqlı haldır.
Valideyinlər bundan belə qənaətə gəliblər ki, Nizami rayonundakı orta məktəblərdə kitabların olmamağını bildirən müəllimlər bununla valideyinlərə işarə veriblər ki,həmin kitablar məktəblərə pulsuz verilsə də,onları yalnız ticarət obyektlərindən pulla əldə etmək olar. Valideyinlərin sözlərinə görə satışda ola həmin kitabların qiymətləri 10 manatdan başlayaraq üzü yuxarı qalxır.
Rasimoğlu
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər