BolgeXeber.Com » Analitika » Səlim Müslümov Rövnəq Abdullayevə savaş acdı

Səlim Müslümov Rövnəq Abdullayevə savaş acdı

23-09-2013, 10:05
Oxunub: 5 187 DSMF sədr AFFA-nın yoxlanması üçün göstəriş verib, tərəflər arasında münaqişə qaçılmaza çevrilib

Bir müddət öncə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mətbuata verdiyi açıqlamada AFFA-nın fırıldağını üzə çıxarmışdı. Belə ki, Müslümov bildirmişdi ki, millinin baş məşqçisi Berti Foqts Azərbaycanda çalışıdığı müddətdə DSMF-yə sığorta haqqı ödəməyib.

Əslində bu açıqlamanın verilməsinin özü bir çox mətləblərdən xəbər verir. Əvvəla, Berti Foks uzun illərdir ki, Azərbaycan millisinin baş məşqçisi postunda çalışır və Azərbaycanda çalışmağa başladığı ilk gündən etibarən vergi orqanlarında və DSMF-də qeydiyyata alınıb. Nə baş verdi ki, alman məşqçinin DSMF-yə ödəməli olduğu social sığortanı ödəməməsi yalnız 2013-cü ildə yada düşdü? Səlim Müslümov niyə bundan indi xəbər tutub? Məsələnin ikinci tərəfi isə bunun mətbuata xüsusi olaraq açıqlanması və bir növ ictimailəşdirilməsidir.

Axı DSMF hər bir vətəndaşın DSMF-yə ödəmələri haqda mətbuata açıqlama verməyə borclu deyil. Bununla bağlı belə bir əks arqument səsələndirilə bilər ki, Berti Foks ictimaiyyət üçün maraqlı persona olduğundan Səlim Müslümov belə bir açıqlama ilə çıxış edib. Yaxşı, bir anlıq özümüzü sadəlöhvlüyə qoyaq və özümüzü buna inanmış kimi göstərək. Belə olan halda axı cavabı verilməsi vacib olan daha bir sual var: Səlim Müslümov niyə indiyə qədər Berti Foqtsdan başqa digər tanınmışın da DSMF-yə olan borclarından danışmayıb? Hə, deyəsən “xoruzun quyruğu” göründü?

Bununla bağlı “Gündəm-xəbər”i məlumatlandıran mənbənin sözlərinə görə, əslində baş verənlər DSMF sədri Səlim Müslümovla AFFA prezidenti Rövnəq Abdullayev arasındakı “nüfuz savaşı”nın növbəti epizodu kimi nəzərdən keçirilməlidir. Tamamilə təbii və Azərbaycan reallığına uyğundur ki, AFFA rəhbərliyi Berti Foqtsa verdiyi yüksək məvacibi ictimaiyyətdən gizli saxlamaq üçün belə qanunsuzluğa əl atıb. Xatırladaq ki, eyni hala görə İspaniya hökuməti dünyanın ən güclü futbolçusu Lionel Messiyə vergidən yayınma ittihamı ilə cinayət işi açmışdı.Təbii ki, biz eyni halın Berti Foqtsla bağlı ola biləcəyini də istisna etmir və əksinə belə olduğuna əminliyimizi ifadə edirik. Amma bu Səlim Müslümovun AFFA-nı yoxlaması üçün səbəb ola bilməz axı.. Çünki hazırda demək olar ki, istisnasız olaraq bütün iri müəssisələri vergidən və social ödəmələrfən buy olla yayınır. Hər halda Səlim Müslümov da bütün bunlardan təfərrüatı ilə xəbərdardır. Bunu ona görə xatırlatdıq ki, DSMF-nin AFFA-dafı yoxlamaların guya qanuni olması haqda bütün mülahizəılərə nöqtə qoyaq.
Bəli, bu Səlim Müslümovun Rövnəq Abdullayevə “əzələ nümayişidir”. AFFA-dakı yoxlamalar isə artıq dutbol qurumunun rəsmisi tərəfindən də təsdiqlənib. Bununla bağlı açıqlama verən AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu yaxın zamanlarda DSMF-nin yoxlamalara başlayacağını təsdiqləyib.

Berti Foksla bağlı qaldırılan qalmaqalın digər bir səbəbi isə baş məşqçinin ölkədən çıxarılmasına hesablanması ola bilər. Çünki, alman çalışdırıcısının Azərbaycandakı əsas himayədarı məhz Rövnəq Abdullayev sayılır. Hər halda o Berti Foksun ölkədən getməsini istəmədiyini dəfələrlə öz açıqlamasında bildirib. Məsələn, R.Abdullayev bir müddət bundan öncə jurnalistlərə açıqlamasında bildirib ki, millinin baş məşqçisi Berti Foqtsun getməsi barədə hələ düşünülmür. Onun sözlərinə görə, milliyə yeni baş məşqçinin gətirilib-gətirilməməsinə dair qərarın verilməsinə hələ ki vaxt var.

Odur ki, DSMF sədrinin ictimailəşdirdiyi “sosial sığorta borcu”nun məhz buna düşünüldüyü də iddia oluna bilər.