AVP-nin uzunmüddətli müşahidə qrupunun gəldiyi nəticələr
23-09-2013, 14:45
Oxunub: 4 939
Bolgexeber.com bildirir ki,AVP-nin uzunmüddətli müşahidə qrupunun sentyabrın 16-dan 23-dək apardıqları müşahidələrə əsasən müəyyən olunmuşdur ki, təbliğat-təşviqat kompaniyasını keçirtmək üçün bütün namizədlərə bərabər imkanlar yaradılıb, seçki təbliğatı aparmaq üçün qapalı və açıq yerlər müəyyənləşdirilib, namizədlərin təşviqatını təmin etmək üçün seçki məntəqələrinin önündə müvafiq lövhələr yerləşdirilib.
Təbliğat-təşviqat prosesində namizədlərin təbliğatının təsnifatının müzakirəsində vətəndaşların sorğu rəylərinə, kütləvi informasiya vasitələrində gedən məlumatlara əsasən müəyyən olunmuşdur ki, təbliğat–təşviqat kompaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki öncəsi təbliğat-təşviqat kompaniyası qanunverciliyə uyğun bütün regionlarda kütləvi şəkildə və uğurla davam etdirilir. Görüşlər qarşıdurma və insident olmadan keçirilmişdir.
Digər namizədlərin kütləvi xarakter daşıyan görüşləri demək olar ki, müşahidə olunmamışdır. Prezidentliyə namizəd İqbal Ağazadənin 22 sentyabr Ağstafa rayonunda keçirdiyi görüşündə hər hansı qarşıdurma yaranmamışdır. Rayon mərkəzinə yürüş cəhdinin qarşısı zor tətbiq etmədən alınmış, prezidentliyə namizəd İqbal Ağazadənin 90 nəfərədək seçici ilə görüşü insidentsiz başa çatmışdır.
Sentyabrın 22-də “ Demokratik Qüvvələrin Milli Şurası”nın Təşəbbüs qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cəmil Həsənlinin seçkiöncəsi mitinqi, rəsmi qurumların müdaxiləsi olmadan, insedentsiz keçirilmişdir. Mitinqdə çıxış edənlər etikadan kənar, əxlaqi dəyərlərə zidd olan tərbiyəsiz ifadələr işlətmiş, prezidentliyə digər namizəd İlham Əliyevin, onun namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasının və onun funksionerlərinin ünvanına böhtan və təhqiramiz fikirlər səsləndirmişlər. Təəssüf ki, prezidentliyə namizəd Cəmil Həsənli Qanunvericilik və Seçki Məcəllələri ilə tam ziddiyyət təşkil edən təhqirlərin qarşısını almaq əvəzinə özü də onlarla həmfikir olmuş, çıxışında namizədə yaraşmayan ifadələrə üstünlük vermişdir.
Ana Vətən Partiyasının uzunmüddətli müşahidə qrupunun
rəhbəri Zülfiyyə Mustafayeva
Bakı, 23 sentyabr 2013-cü il
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər