“Azərsu” dan seçki təxribatı? - Foto
23-09-2013, 14:50
Oxunub: 5 518
“Azərsu” ASC bir müddətdir Bakıda, Abşeronda içməli su xətlərinin yeniləməklə, smart-sayğaclar quraşdırmaqla məşğuldur
Əlbəttə, hər bir yenilənmə prosesi alqışlanmalıdır, təqdir edilməlidir. Ancaq “Azərsu” harada iş görürsə, orada binaların həyətlərini, yolları bərbad hala salır. Acınacaqlı hala düşən ərazilərdən biri də Abşeron rayonu, Ceyranbatan qəsəbəsidir. Bir müddət əvvəl qəsəbədə su xətləri və sayğaclar yeniləşdirilib. Proses başa çatandan sonra isə “Azərsu” dağıtdığı həyətləri, yolları yalnız görüntü naminə asfaltlayıb işini bitmiş hesab etmək istəyir. Bu is haqlı olaraq əhalinin ciddi narazılığına səbəb olur. Seçki ərəfəsində insanları bu şəkildə incitməyin isə bir adı var, hakimiyyətə qarşı sabotaj.
Şəkillərdə gördüyünüz ərazi Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, 7 saylı binanın həyətidir. Bu binada yaşayan insanlar evlərindən çıxıb dərhal palçığa düşürlər.
Düzdür, “Azərsu”nun təmsilçiləri, iş icraçıları sentyabrın 22-də - bazar günü həyətləri asfaltlamağa başlayıblar. Qonşu binalardan birinin həyətinə baxanda bəlli olub ki, onlar yola cəmi 80 sm enində yamaq vurub bununla işlərini bitmiş hesab edirlər. Buna isə binanın sakinləri haqlı olaraq razı olmayıblar. Çünki binanın həyəti tamamilə yarasız hala salınıb.
Ən acınacaqlı vəziyyət isə Ceyranbatan qəsəbəsi, 1 saylı orta məktəbin qarşısındadır. Səhər məktəbə gələn uşaqlar mütləq palçığa batırlar. Hətta bu gün səhər məktəbə uşağını gətirən valideynlərdən birinin avtomobili məktəbin qarşısında palçığa batıb qalmışdı...
İndi düşünün, 9 oktyabrda səsverməyə gedən vətəndaş bu bərbad yollarla gedib hakimiyyətin namizədinə səs verərmi? Məgər 1 maşın asfaltı binaların həyətinə tökmək o qədərmi ağır prosesdir? Camaatı seçki ərəfəsində narazı salmaqla, “Azərsu” hakimiyyətə ən ciddi müxalifətçiliyini edir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər