BolgeXeber.Com » Analitika » Cəmil Həsənlinin var-dövlətinin siyahısı açıqlandı

Cəmil Həsənlinin var-dövlətinin siyahısı açıqlandı

24-09-2013, 11:25
Oxunub: 4 104 Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mülklərinin və gəlirlərinin siyahısını əldə emişik. Bu barədə Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi və Seçki Qərargahının həmsədri Gülağa Aslanlı məlumat verib. G.Aslanlı Milli Şuranın prezidentliyə namizədinin MSK-ya əmlakı və gəlir bəyannaməsi ilə bağlı təqdim etdiyi siyahını açıqlayıb.

Mülkləri:

1. Öz adına olan sahəsi 151 kvadrat metr ev
2. Öz adına olan 117 kvadrat metrlik zirzəmi
3. Həyat yoldaşının adına onun atasından qalmış həyət evinin ikidə bir hissəsi.

Gəlirləri:

1. Aylıq 2002 AZN təqaüd
2. Öz adına olan zirzəminin 2 aylıq icarəyə verilməsindən əldə olunan 900 AZN icarəhaqqı
3. Əməkdar müəllim kimi aldığı aylıq 30 AZN təqaüd
4. Yazdığı 2 sifarişli kitaba görə sifarişçilər tərəfindən ödənilən müvafiq olaraq 14 və 11700 AZN
5. Müxtəlif universitetlərdə saat hesabına dediyi dərslərdən əldə etdiyi vəsait
6. Həyat yoldaşının aldığı aylıq 110 AZN təqaüd