Novruzəli Orucov Arzu Rəhimovun yerinə gətirilir
25-09-2013, 10:00
Oxunub: 8 018
Başlayır qızmağa yay gəlməmiş…
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun prezident seçkilərindən dərhal sonra vəzifəsindən azad ediləcəyilə bağlı məlumat verilib. Onu da bildirilir ki, Arzu Rəhimovun yerinə bir zamanlar Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə rəhbərlik etmiş, hazırda SHÇDX-də rəis müavini postunu tutan general Novruzəli Orucovun təyin ediləcəyi söylənilir.
DİA.AZ-a bu barədə daxil olan son məlumatlardan aydın olur ki, artıq özünü SHÇDX-nin rəisi postunda, Arzu Rəhimovun yerində hiss etməyə başlayın Novruzəli Orucov indidən bir sıra gedişləri ilə diqqətləri özünə cəlb edib.
Məlumatı verən qaynağa görə, Novruzəli Orucov bir neçə rayonun hərbi komissarına «əgər mənimlə işləmək istəyirsinizsə, bəri başdan bunu nəzərə almalısınız» xəbərdarlığını edib. Hər halda bu «xəbərdarlığın» arxasında nələrin dayandığını təxmin etmək o qədər də çətin deyil.
Qeyd edək ki, Arzu Rəhimov məhz ayrı-ayrı hərbi komissarlardan vəzifədə qalmalarının müqabilində pul tələb etməsi səbəbindən hədəfə çevrilib və bu işlə bağlı hətta Arzu Rəhimovun sürücüsünün də qolları qandallanıb.
İndi isə Novruzəli Orucov eyni metodla davranma yolunu tutub, hətta vəzifəyə təyin olunması təsdiqlənməmiş…
Qarşı tərəfi də dinləməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər