Dövlət Reyestri Xidmətinin Abşeron rayon şöbəsində özbaşınalıq
25-09-2013, 10:10
Oxunub: 8 550
Abşeronda “kupça”ların “qiymət”i son günlərdə dəfələrlə yüksəlib. Vətəndaşların bir çoxu tələb olunan rüşvətin məbləğinin yüksək olmasını və həddən artıq kobud davranışları nəzərə alaraq, evlərinin sənədləşdirilməsindən imtina edirsə, çox az bir qismi ölkədə məhkəmə ədalətinə güvənəək, hüquqi yollara əl atır. Lakin bu o demək deyil ki, məhkəmələrdə haqqı bərpa etmək olar. Məhkəmələr Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin adını eşidən kimi, əvvəlcə prosesi bilərəkdən uzadırlar, sonradan isə anidən vətəndaşın əleyhinə qərar verib, insanları hakimiyyətdən daha da narazı salırlar. Doğrudur, çox az sayda insanlar məhkəmədə uzun çəkişmələrdən sonra ədalətli qərar çıxarılmasına nail olublar. Ancaq bu dəfə də həmin qərarın icrası müşkilə çevrilir.Kərəm Həsənovun idarəsində özbaşınalıq
Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon 4 sayli ərazi idarəsinin rəisi Qalib Xudaverdiyev artıq açıq surətdə vətəndaşlardan rüşvət tələb edir.
Məsələn, vətəndaş Şabanov Saməddin İmaməddin oglundan ona məxsus "Haçalar" adlanan ərazidəki 4975.45 kv.m torpaq sahəsinə Hüquqlarin Dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakin Dövlət reyestrindən ÇIXARİŞ verilməsi üçün baş mühəndis Fazil müəllimin əli ilə 3000( üç min manat) rüşvət tələb edib.
Vətəndaş " mənim sənədlərin hamisi qaydasindadir, niyə mən sizə pul verməliyəm" deyə etiraz etdikdə Qalib Xudaverdiyev " get dərdini kimə istəyirsən de " sözünü eşitdirməklə kifayətlənib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər