BolgeXeber.Com » Analitika » Sumqayıtda poliklinikanın baş həkimi Mətbuat Şurasının və prokurorluğun adından istifadə edir

Sumqayıtda poliklinikanın baş həkimi Mətbuat Şurasının və prokurorluğun adından istifadə edir

25-09-2013, 11:40
Oxunub: 4 413 Sumqayıtda poliklinikada baş həkim arayış üçün 400 manat rüşvət istəyir
"Mənə çox maraqlıdır ,məgər səhiyyə nazirinin forma 88-ə görə 400 (dörd yüz) manat alınması ilə baglı hər hansı bir əmri ola bilərmi?!"

Redaksiyamıza Sumqayıt şəhər sakini Osmanov Yusif tərəfindən Sumqayıt səhiyyəsində baş verən özbaşnalıq barəsində şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Sumqayıtda 13-cü mikrorayondakı 4 saylı poliklinikada baş həkim “forma 88” arayışı üçün məndən 400 (dörd yüz) manat tələb edir. Mən bunun qanunsuz olduğu üçün buna etiraz edəndə baş həkim cavabında mənə bildirdi ki, bu qiyməti səhiyyə nazirliyi özü qoyub. Mənə çox maraqlıdır ,məgər səhiyyə nazirinin forma 88-ə görə 400 (dörd yüz) manat alınması ilə baglı hər hansı bir əmri ola bilərmi?!Açığı mən buna inanmıram .Çünki mən bildiyimə görə poliklinika dövlət müəissisəsi sayıldığından burada bütün xidmətlər pulsuz olmalıdır.Hesab edirəm ki, bu sadəcə rüşvətdir.Bu səbəbdən mən məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəm”
Osmanov Yusif Baba oglu,
Sumqayıt şəhəri, 13-cü mkr, ev 157/69
Qeyd edək ki,Bolgexeber.com məsələyə aydınlıq gətirmək üçün adıçəkilən poliklinikanın baş həkimi ilə telefon əlaqəsi saxlayıb.Ancaq baş həkim vətəndaşın şikayətinə cavab vermək əvəzinə dedi ki,Mətbuat Şurasının sədrinin köməkçisi onun qohumudur,onun Baş prokurorluqda da adamı var və əgər biz ondan yenə də yazmaqda davam etsək o bizi həmin tanışlarının yanına çağırtdıracaq.Bolgexeber.com olaraq baş həkimin nəzərinə çatdırırıq ki,birincisi biz yazını şikayət məktubu əsasında yazmışıq.İkincisi isə biz inanmırıq ki,adıçəkilən qurumlar məsul şəxsləri ona havadarlıq etsin.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Tiz.az