BolgeXeber.Com » Analitika » “Aclıq olsun kef olsun” və ya Sumqayıtda “Şəhər günü”

“Aclıq olsun kef olsun” və ya Sumqayıtda “Şəhər günü”

27-09-2013, 10:40
Oxunub: 5 042 Deyirəm ki, Azərabaycanda icra başçılarının öz məntiqi var ki, biz jurnalistlər bunu Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kimi başa düşməkdə çətinlik çəkirik.Məsələn ,artıq neçə ildir ki, Sumqayıtın qeyri-rəsmi xanı ,rəsmi isə icra başçısı Eldar Əzizov şəhərdə “Şəhər günü” keçirir. Bu dəfə bayramla bağlı şəhərə türk manısı Rafet-zad,deyilənə görə Roma sərkərdəsi Pompey də öz qladiatorları ilə gəlib.Daha bilmirəm axırıncılar aktyor olublar yoxsa doğruçu romalılar... Məclisə hətta deyirlər Pompey şəhərinin(cəmi 25 min əhalisi var) vitse-meri Emilio Sabonara da təşrib buyurub.

Onu da əlbət şounun səviyyəsini qaldırmaq üçün xərcini ödəyib gətizdiriblər. Nə veclərinə,nə gedir bağdan gedir...
Nə bilim motosikletçilər ,canım sizə nə desin ,idmançılar bir yandan , motosikletçilər bir yandan , habelə Sankt-Peterburqdan gəlmiş barabançı qızlar çıxışlar ediblər.Bir sözlə bir atəşfəşanlıq olub ki,gəl görəsən .Hə yaddan çıxmışdır,lap faciə olacaqdı,həmçinin qırıcı təyyarələrin möhtəşəm avia şousu olub. .Ancaq yenə də deyirəm,açığı bunları öz gözümlə görməmişəm ,imanımı yandıra bilmərəm. Belə boş-boş şeylərə baxmaq üçün çölə çıxan deyiləm ki...

Qonşum Məmmədağa deyir ki,yeyinti(şirniyyat yox) məqsədilə Rafeti-Mafeti,barabançı qızları gətizdirib şəhər büdcəsini dağıtmaqdansa Eldar Əzizov luçşi badvalların zirzəmilərini sudan təmizlətdirərdi.Bir mikrorayonların içindəki yolları da osfaltlayardı.Bu türk müğənniləri də Bakını lap palatka toyuna çeviriblər. Qonşum da lap dəhşətdi.Bəs onda şəhərdə problem qalmaz axı....
Problem olmasa bəs onları necə həll etmək olar.(mənim qeyri-səlis merfi sayağı qanunum,təvazökarlıq olmasa da.... ) Məmmədağa savadsız olsa dünyagörüşü Qərib Azərdən genişdir.Deyir ki,bu Kaliqulasayağı ironiyadır ki,mer abadlaşma (oxu :sahibkarları soymaqdan ötəri) adı ilə Sumqayıtın və sumqayıtlıların başına oyun açır,ancaq 3 ildir ki,(dəqiq bilmirəm bəlkə də dörd ildir,nə fərqi var ki...)”Şəhər günü”nü təmtəraqla qeyd elətdirir. Sumqayitlıların gününü qara eləyiblər, hələ bir üstəlik fəxrlə şəhər günü keçirirlər.

Hələ bu cəhənnəmə ,adam,pardon,şəhər neçə dəfə doğular?Birinci dəfə 16 sentyabrda keçirdilər,sonra əlbət həmin gün rəhbərlikdən kiminsə toyu ilə üst-üstə düşüb Şəhər gününü atdılar 26-sına .Deyəsən tarix yadlarından çıxıb bu ildə il də 24-ü keçirdilər.Düzdür əslində bütün dünyada Şəhər günlərinin dəqiq keçirilmə günü yoxdur,yəni bir-iki gün o tərəf –bu tərəf ola bilər,ancaq daha 10 gün yox.
Bu minvalla gələn ildə ola bilsin dekabrda keçiriləcək...Özü də biz görmüşük, dağlılar demişkən,belənçi bayramlar 6-bazar olur ki,camaat işdə-gücdə olmasın.Ancaq bir tərəfdən icra başçısını başa düşmək olar,fikirləşir ki,onsuz da Sumqayıtda iş-zad yoxdur. Səhər-səhər hamısı yüzminlərlə üz tutur Bakıya...Guya bunlara sumqayıtlı və ya Sumqayıt lazımdır?! Ümumiyyətlə mən fikir vermişəm,bizdə belə bayramlara-büdcədən pul yemək üçün çox münasib olan tədbirlərə, daha ciddi yanaşırlar nəinki ,bu şəhərin ,mənim fikrimcə, canlı olan sakinlərinə.Büdcəni basıb yeməkləri bir yana qalsın,yeri gəlmişkən belə bayramlar heç yerli sahibkarların da ürəyincə deyil.Çünki onlar bayram günü üçün “sevinməli -“tərləməlidirlər”.Yoxsa elə bilirsiz azğınlıqda məmurlardan da geri qalmayan restoran yiyələrini yoldan keçənləri kabab yedizdirmək çox xoşuna gəlir?!Hamısı qorxudandır...

Şəhərə məhəbbət də,icraya sevgi də...Əsas odur ki,uşaq-muşaq tökülüb çölə,Pompey,atlar,doğruçu qoşunlar,əsgər uşaqlar və ya uşaq əsgərlər... Aclıq olsun kef olsun...Qonşum Məmmədağa deyir ki,(elə bilməyin ki, onun dili ilə özüm deyirəm)Şəhərin gününə bax... Şəhər kreativ gününə qoyulub. Şəhər adlanan,özü də 350 min əhali yaşayan yerdə bir dənə də olsun ayaqyolu yoxdur,tolleybu-tramvay ləğv olunub,şəhərin küçələrində itlər komfort yaşayır,kinoteatrında kino göstərilməyən,teatr bunasında bamaqla sayıla bilən tamaşa verilən,o da büdcə təşkilatçıları üçün,parkları yarımçıq təmir olunan ,normal mətbu orqanı olmayan,yerli televiziyası (adını özüm çəkmirəm ,yoxsa bu reklam olar və səhər hamı ona baxar) SSRİ-nin “Vremya” proqramını xatırladan, iç yolları bərbad olan şəhərin bayram harasına yaraşır?!

Biz sumqayıtlıların hesabına sumqayıtın akulaları günlərini keçirirlər,Sumqayıtda Los-Ancelesdəki kimi yaşayırlar.Şəhəri lap konditer evinə döndəriblər.Gah Avropanın ən böyük tortunu hazırlayırlar,gah da şəhərdə ki,konditer evlərinin sahiblərini bədbəxt edib dünyada ən böyük paxlava hazırlayırlar.Sadəcə televizorda belə şeyləri Avropada-zadda görürlər,istəyirlər bizdə də olsun,qoy dünya onlardan danışsın.Bəs həmin televizordan demokratiya zad görünmür,yoxsa onları görmək sərf etmir?!

Amma, deyirəm,yekə-yekə tortlar düzəldib özümüzü xaricə göstərmək,oxşatmaq ilə deyil,siz,bəli,siz,Avropanın ayaqqabısını geyə bilərsiniz, ancaq onun yerişini yeriyə bilmərsiniz...Bir də bizə şirniyyat-zad paylamaq lazım deyil,bunu özümüz də ala bilərik ,camaatın gününü şirin etmək lazımdır.

Qədim Roma imperiyasında imperatorlar vətəndaşları qiyamlardan yayındırmaq üçün onlara çörək payladır və tamaşa-qladiator döyüşləri düzənləyirdilər. Çörəkdən yeyib, qladiatorların kütləni əyləndirmək üçün bir - birini öldürməsinə tamaşa edən kütlə özünü xoşbəxt hiss edirdi. Adamlara çörək və tamaşa verib başlarını qatırdılar, camaatı sakitləşdirib istədiklərini edirdilər.Özü də o dövrlər pis zəmanə sayılır.Ancaq indi bizdə çörək də pul ilədir,şou da,amma bununla yenə də qədim məmurlarımız istədiklərini edirlər.Hər halda mer dediyinə görə ,jurnalist,tarixçi olduğundan bunları bilməmiş olmaz...

Yeri gəlmişkən,Sumqayıtda Heydər parkında şəhərin əsas saatı yenə də xarab olub ,icra hakimyyəti kimi düz işləmir.Özü də mən o gün fikir verdim əgər əvvəl 40-50 dəqiqə səhv işləyirdisə indi 4 saat geri qalır...Bilirəm ki,öz xoşlarına düzəldən deyillər,gərək min dəfə yazıla sonra düzəldilə...
Fərhad Kazımlı