BolgeXeber.Com » Analitika » Səfərov qardaşlarından şikayət var

Səfərov qardaşlarından şikayət var

27-09-2013, 09:25
Oxunub: 6 108 Qafqaznews.az –ın redaksiyasına Tovuz şəhəri, İsmayıl Mürşüdov küçəsi ,ev 21 -də yaşayan Xasıyev Niyazi Mahir oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Şikayət məktubunda deyilir:
“Hörmətli redaksiya,yazıb sizə bildirirəm ki,mən ,yuxarıda qeyd etdiyim ünvanda ailə üzvülərimlə bir yerdə yaşayıram.Qeyd edim ki, həmin ünvanda 4 sot torpaq sahəsi olsa da bizimlə birlikdə orada 5 ailə də yaşayır. Ailəmiz həmin ailələrin üçü ilə mehriban münasibətdə olsa da, dördüncü ailə ilə aramızda bəzi problemlər yaşanır.

Ola bilsin ki, bu problemlərin səbəbi dördüncü ailənin bizdən fərqli olaraq yüksək çinli məmurların, Səfərov Niyazi Abdulla oğlunun və Səfərov Nizami Abdulla oğlunun ailəsi olmasından irəli gəlir. Nəzərinizə çatdırım ki,bu məmur qardaşlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək,bizdən xəbərsiz, 32 ildir beş ailənin yaşadığı 4 sot torpaq sahəsini, gizlin şəkildə özəlləşdiriblər. Qeyd edim ki,Səfərov qardaşlarından biri İqtisadi İnkişaf nazirinin müavini ,digəri isə Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışır. Onlar öz məmur vəzifələrindən istifadə edərək Tovuz rayonundakı yerli məmurlara təyziq göstərərək, 4 sot torpaqla bağlı məhkəmənin onların xeyrinə qərar çıxarmasına nail olublar.

Tovuz Rayon Məhkəməsinin sədri Könül Məmmədov bu şəxslərin adını eşidən kimi bizi heç dinləmək belə istəmədi və Səfərovların xeyrinə qərar çıxartdı. Sonra biz Gəncə Apellyasiya Məhkəməsinə müraciət etdik. Ancaq orada da Səfərovların kim olmasını biləndən sonra tez bir zamanda qarşı tərəfin xeyrinə qərar çıxartdılar. Bundan sonra biz çıxarılan bu qərarla bağlı Ali Məhkəməyə kassasiya şikayəti etdik ,lakin bu instansiya məhkəməsi də sonda yenə də Səfərovların xeyrinə qərar çıxartdı”.

Qeyd edək ki məsələ ilə bağlı şikayətçi həmçinin onu da bildirdi ki, bütün proseslərə aid lazımı sənədləri və ətraflı məlumatı, onun vəkili yaxın zamanlarda redaksiyamızın elektron poçt ünvanına göndərəcəkdir. Bizi izləyin, araşdırmalarmız davam edir.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Dronqo