BolgeXeber.Com » Analitika » İlyar Vahabov Mikayıl Cabbarovu necə “zərərsizləşdirib”?

İlyar Vahabov Mikayıl Cabbarovu necə “zərərsizləşdirib”?

27-09-2013, 10:50
Oxunub: 6 387 Təhsil naziri Mikayıl Cabbarovun islahatlara başlayacağına ümidlər getdikcə ölür. Çünki yeni təhsil naziri keçən aylar ərzində TN daxilindəki “akulalar”ı nəinki zərərsizləşdirə bilməyib, əksinə onların durumu əvvəlkindən daha yaxşı vəziyyətdədir.

Əvvəllər bir qazananlar, yeni nazirin təcrübəsizliyindən istifadə edərək, beş qazanırlar.Verilən xəbərdə deyilir ki, yeni nazirdən məmnun olanlardan biri özəl universitetlər üzrə kurator İlyar Vahabovdur. Belə ki, Vahabovun yeni nazirin zəif damarını tapdığı vurğulanır.

Adı Elşad Abdullayevlə bağlı qalmaqallarda da hallanan İlyar Vahabov əvvəlkindən daha yüksək mövqedə qərar tutub. Artıq nazirə birbaşa təsir etmə imkanı əldə edən bu şəxsin tapdığı “zəif damar”ın nə olduğu barədə fikirlər haçalanır.

Bu barədə məlumat verən şəxsin sözlərinə görə, Mikayıl Cabbarov köhnə vərdişlərindən qurtula bilmir. Nazir olduqdan sonra bəzi vərdişlərini tərgitməkdə çəkinlik çəkir. Xüsusilə, o vərdişlərdən bəzilərinin onun həyatına təhlükə yaratdığı da bildirilir. İlyar Vahabovun da bu ”zəif damar”dan istifadə edərək, vəzifəsinin başında qaldığı vurğulanır: “Çünki Misir Mərdanovun ən yaxın adamlarından olan Vahabovun hamıdan öncə vəzifəsini itirəcəyinə hamıda əminlik var idi. Son anda İlyar müəllim vəziyyəti öz xeyrinə dəyişdirməyi bacardı.

O, bunu gizlətsə də, artıq Cabbarovun onunla daha yaxın münasibət qurduğu müşahidə olunur.

Xatırladaq ki, İlyar Vahabov Elşad Abdullayevlə bağlı sabiq nazirin danışıqlarını apardığı əsas iki adamdan birisidir. Hətta uzun müddət ABU-nun sabiq rektorunu qoruduğu da iddia edilir. ABU bağlanana qədər testdən kənar qəbul məsələsində Vahabovun Abdullayevə misilsiz dəstək verdiyi də iddia olunmaqdadır.