İstintaq düzgün aparılmayıb
1-10-2013, 12:00
Oxunub: 4 909
İstintaqın düzgün aparılmaması hamıya gün kimi aydındır. Söhbət həmkarım Vasif Turanın övladlarının faciəli şəkildə ölümündən gedir. Bu hadisənin qəsddən törədildiyini düşünürəm və istərdim ki, hüquq-mühafizə orqanları bu faktı dəqiq araşdırsınlar. Çünki hadisənin detallarından da aydın olur ki, bu elə-belə təsadüfi hadisə deyil. Xüsusi ilə də qanunların icrasına birbaşa nəzarət edən prokurorluq orqanlarına müraciət edərək, azyaşlıların qanının batırılmasına yol verməmələrini xahiş edirəm. Axı biz vətəndaşlar haqsızlıqla qarşılaşanda sizə ümid yeri kimi baxırıq. Siz də insan talelərinə belə biganə yanaşdıqdan sonra, biz daha kimə güvənək? Mən, Vasif Turana dayaq olan bütün insanlara öz dərin təşəkkürümü bildirirəm ki, məhz belə bir ağır günlərində həmkarımızı tək buraxmırlar. Mən də baş redaktoru olduğum "Araz Media" qəzeti vasitəsi ilə, bu cinayət faktının ədalətli araşdırılması istiqamətində, hər zaman Vasif Turana dəstək olacağam.
"Araz Media" qəzetinin baş redaktoru Fariz Quliyev
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər