“Qarasu OYL”un aşan “PAZ”ının üzə çıxardığı acı həqiqətlər
5-10-2013, 01:25
Oxunub: 5 536
Oktyabrın 3-də “Qarasu OYL” əməliyyat şirkətinin fəhlə daşıyan “PAZ” markalı avtobusu Hacıqabul rayonu ərazisində Muşovdağdan aşaraq qəzaya uğradı. Hadisə zamanı 17 nəfər fəhlə müxtəlif dərəcəli xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Gələn xəbərlər sırasında hadisənin baş verməsinə səbəb avtobusun sovet dövründən qalması və istismar müddətini çoxdan baş vurması qeyd olunub. Bunu xüsusi yazmaqda məqsədimiz odur ki, “Qarasu OYL” əməliyyat şirkətində çalışan sadə fəhlələrə bu cür etinasız, sayqısız münasibət var. Şirkəti idarə edən rəhbərlər insanlara laqeyd münasibət bəsləyirlər. Sanki düşünülmüş şəkildə fəhlələri yarasız avtobuslarda daşıyırlar ki, bu cür bədbəxt hadisələr baş versin. Onlar üçün qəzada yaralananları gələcək taleyi qətiyyən önəmli deyil.
Şirkət əməkdaşlarının Şirvan xəstəxanasına aparıldığı vaxt orada olan mənbəmiz deyib ki, “Qarasu OYL”dan ora kimsə gəlməyib.
“Fəhlələrin yaxınları, icra başçısının müavinləri və yol polisləri xəstəxanaya gəlmişdilər. “Qarasu OYL”dan isə şirkətin prezidenti Aleksandr Yuriyeviç Narputoskix və vitse-prezident İslam Ocaqov gözə görünmədilər. Fəhlələrin yaxınlarının gözləri qapıda qalmışdı ki, bəlkə bu cənəblar gəlib qəzaya düşənlərə baş çəkər, maddi və mənəvi dəstək olarlar. Gəlmədilər. İşçilərin yaxınları dedilər ki, Narputoskixi ümumiyyətlə tanımırlar. İslam Ocaqov isə onlara yuxarıdan aşağı baxır”.
Qaynağımız “Qarasu OYL” rəhbərliyinin bu münasibətini təsadüfi olmadığını da qeyd edib: “Orada işləri faktiki İslam Ocaqov görür. Onun yaxın adamları olan sex rəisləri, mədən müdirləri ən qısa vaxtda milyonlarla hesablanan mülk sahibi olublar. Sadə fəhləyə qarşı bu hörmətsizliyi ilə İslam Ocaqov işçilərdə özünə qarşı daha kəskin nifrət yaradıb. Hadisə zamanı xəsarət alan fəhlələrin yaxınlarının dediyinə görə Şirvanın icra hakimiyyətinin rəhbərliyi ilk dəqiqələrdən xəstələrin durumunu nəzarətə götürüb. Konkret tapşırıqlar verilib. Təəssüf ki, şirkət rəhbərliyindən fəhlələrin dərdinə şərik olan olmayıb”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər