BolgeXeber.Com » Analitika » İcra başçısı məmurlara vahid forma geyindirdi -FOTO

İcra başçısı məmurlara vahid forma geyindirdi -FOTO

5-10-2013, 13:45
Oxunub: 3 790 Binəqədi rayon İcra Hakimiyyətinin başısı Xaləddin İsgəndərov Azərbaycanda ilk dəfə olaraq məmur korpusuna vahid geyim forması tətbiq edib.

Xaləddin İsgəndərov göstərişi ilə Binəqədi rayon İcra Hakimiyyətində çalışan bütün işçilər artıq işə vahid geyim formasında gəlməyə başlayıblar. Belə ki, İcra hakimiyyətində çalışan bütün kişilər qara kostyum geynir, qırmızı qalstuk bağlayırlar. Qadınlar isə qara ətək və qara jilet geyinir, qırmızı qalstuk taxırlar.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov Modern.az-a açıqlamasında qeyd eidlən faktı təsdiqləyib, amma bildirib ki, vahid formada işə gəlmək icbari deyil.

“Bəli, biz aparatın işçilərinə belə formada işə gəlməyi tövsiyə etmişik. Lakin bu iş heç də məcburi qaydada həyata keçrilmir. Məsələn, bu gün 6-cı gündür və hava soyuq olduu üçün kimlərsə qalın paltarlarda, jiletdə, cins şalvarda gəlib. Amma iş günü boyunca biz əməkdaşlarımıza vahid geyim formasından istifadə etməyi tövsiyə edirik”.

Dövlət qulluqçusunun hər zaman nimam-intizam, səliqəliliyi ilə seçilməsinin vacib olduğunu vurğulayan A.Eyvazovun sözlərinə görə vahid geyim formasına keçid bu ilin yay aylarından tətbiq edilir.

“Dövlət qulluqçusu səliqəli olmalıdır və biz də işçilərimizə bunu tövsiyə etmişik. Artıq rayon sakinləri işçilərimizi daha tez tanıyırlar. Və onlara yaxınlaşaraq problemlərini deyir, işçilərimizdən lazımi məsləhətlər alırlar. Bu geyim formasının tətbiqi həm də daxili nizam-intizam baxımından da əhəmiyyətlidir”.

Aqil Eyvazov bildirib ki, vahid geyim forması işçilər tərəfindən də müsbət qarşılanıb.

“Buna kənardan baxanda da müsbət ab-hava yaradır. Amma rayonumuzda məmurların vahid geyim forması müsbət qarşılanır deyə, bunu başqa rayonlara da tövsiyyə edə bilərikmi, ya yox, bu haqda heç nə deyə bilməyəcəm”.

Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyətinin başısı Xaləddin İsgəndərov bu vəzifəyə gələnədək Vergilər Nazirliyi sistemində çalışıb. Bu nazirliyin bütün əməkdaşları isə uniforma geyinirlər.

X.İsgəndərov 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

26 aprel 2012-ci il tarixdən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.