BolgeXeber.Com » Analitika » Eldar Həsənovun Rumıniyadan getməsinin əsas sirri açıldı

Eldar Həsənovun Rumıniyadan getməsinin əsas sirri açıldı

7-10-2013, 08:15
Oxunub: 4 089 Qalmaqallı səfir SOCAR-ın təmsilçisinin güdazına verilib; ARDNŞ-nin bu ölkədəki nümayəndəliyinin rəhbəri - icra başçısının oğlu Həmzə Kərimov səfiri saymadığından onlar arasında konflikt yaranıb; Rövnəq Abdullayevə yaxın olan SOCAR təmsilçisinin Həsənovdan yazdığı danoslar məlum nəticəni verib
Sabiq baş prokuror, zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan Eldar Həsənovun bir müddət öncə müəmmalı şəkildə Rumıniyadan, səfir postundan geri çağırılmasının səbəbləri barədə ən müxtəlif versiyalar səslənib.
Nəzərə çatdıraq ki, o, Rumıniyadan geri çağırılsa da, paralel olaraq ölkəmizin Serbiya, Bosniya və Herseqovinada diplomatik elçiyini həyata keçirməkdə davam edir.
Məsələ ondadır ki, Eldar Həsənov Rumıyiadan geri çağırılmasını sözdə özü istəmişdi. Bu məhz o ərəfədə baş vermişdi ki, E.Həsənovun adı müxalifət qüvvələri ilə əməkdaşlıqda hallanmağa başlamışdı. İddialar bundan ibarət idi ki, Eldar Həsənovun vurulması onun şübhəli fəaliyyəti ilə əlaqədardır.
E.Həsənov özünün rəsmi izahatı isə bu idi ki, onun bir neçə ölkə arasında qalması fiziki olaraq ağırdır, məhz bu üzdən də Rumıniyadan geri çağırılmasını istəyib.
Lakin bu deyilənlər o qədər də inandırıcı görünmürdü, ortada hansısa ciddi bir məsələnin olduğuna şübhə yox idi.
Bu günlərdə redaksiyamıza bu sirrin nədən ibarət olması ilə bağlı informasiya daxil olub. Məlumat bundan ibarətdir ki, Eldar Həsənov SOCAR-ın Rumıniyadakı nümayəndəliyi ilə yola getmədiyi üçün həmin ölkədən uzaqlaşmaq məcburiyyətində qalıb.
SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri Salyanın icra başçısı Tahir Kərimovun oğlu Həmzə Kərimovdur. Həmzə Kərimovun SOCAR-ın nümayəndəliyinin rəhbəri təyin olunması onun atası ilə ARDNŞ prezidenti Rövnəq Abdullayevlə yaxın münasibətlərinin nəticəsidir. T.Kərimovla R.Abdullayev eyni regional qruplaşmada təmsil olunmaqla yanaşı, həm də qohumdurlar.
Həmzə Kərimov Rumıniyaya gedəndən sonra oradakı səfir Eldar Həsənovla yola getməyib. Daha dəqiqi, E. Həsənov gözləyirmiş ki, SOCAR-ın gənc rəhbəri fəaliyyətini onunla koordinasiya edəcək, hər bir işi razılaşdıracaq. Ancaq Həmzə Kərimov öncədən aldığı təlimat üzrə Eldar Həsənovu ümumiyyətlə saymayıb. Çünki E.Həsənovla onun atasının və Rövnəq Abdullayevin təmsil olunduğu qruplaşma ziddiyyətli mövqedədirlər. Bu üzdən də Həmzə Kərimov orada tamamilə “muxtar” fəaliyyət göstərib, həmçinin vaxtaşırı Eldar Həsənovun guya Rumıniyada ölkəmizi layiqincə təmsil edə bilməməsi haqda danoslar yazıb. Əlbəttə, Eldar Həsənov da bu məsələyə heç də müqavimətsiz dayanmayıb, Həmzə Kərimovun korrupsiya əməliyyatlarını ifşa etməyə çalışıb, onun yarıtmaz fəaliyyəti haqda hökumətə məlumatlar verib. Bu mübarizə isə onunla yekunlaşıb ki, Eldar Həsənova SOCAR-ın rəhbərinin işinə qarışmamaq göstərişi verilib. Bu, faktiki olaraq Eldar Həsənovun Rumıniyada SOCAR-ın nümayəndəsinin ayağına verilmək kimi anlaşılıb. Bundan sonra da E.Həsənov daimi olaraq oturduğu Rumıniyadan geri çağırılması üçün müraciət edib.
Məsələ ilə bağlı Eldar Həsənov və Həmzə Kərimovun mövqeyini öyrənmək cəhdlərimiz alınmadı.musavat.com