Nərimanovun icra başçısı yığıma başladı
7-10-2013, 12:20
Oxunub: 5 144
Rayonun rəhbəri sahibkarlardan təcili pul yığmağa başlayıb, iş adamları həyacan təbili çalırlar
Bakının Nərimanov rayonunda sahibkarlar həyacan təbili çalmağa başlayıblar. Bu barədə jam.az-a bir qrup sahibkar məlumat verib. Onlar bildiriblər ki, son iki gündür İcra Hakimiyyətinin məsul işçiləri onlardan pul tələb edirlər.
Belə ki, bu pulun hansı məqsədlə və niyyətlə alındığı barədə heç bir bilgi verilmir. Hər bir sahibkarın yanına gələn İcra Hakimiyyətinin işçiləri həmin pulun icra başçısı tərəfindən verilməsinin tələb olunduğunu deyirlər. Üstəlik, bu tapşırığı yerinə yetirməyənləri cəzalandıracaqları ilə hədələyirlər.
Nərimanov rayonu ərazisində fəaliyyət göstərən sahibkarlar nə edəcəklərini bilmirlər. Onlardan tələb olunan məbləğin heç kiçik olmadığını deyən iş adamları vurğulayırlar ki, bu qədər pulu vermək gücləri də yoxdur. Eyni zamanda, evlərinə bir tikə çörək aparmaq üçün yaratdıqları iş yerlərinin bağlanmasından da narahatdırlar. Bu problemin birdəfəlik həll olunması üçün isə nə edəcəklərini bilmirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər