BolgeXeber.Com » Analitika » Ziya Məmmədovun qardaşı işlətdiyi ustanın haqqını vermir

Ziya Məmmədovun qardaşı işlətdiyi ustanın haqqını vermir

8-10-2013, 09:40
Oxunub: 4 078 “Ziya Məmmədovun qardaşı mənə 75 min dollar borcludur”
“Mən 2007-ci ildə Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şəxsi villasında, 2009-cu ildə avtovağzalın tikintisində, sonra yenidən Elton Məmmədovun Nardarandakı bağında işləmişəm. O vaxtdan Ziya Məmmədovun qardaşı mənə 75 min dollar borcludur. Amma bu pulu ondan heç cürə ala bilmirəm”.

Bu sözləri Bakı şəhəri, Nizami rayonu, Mətləb Ağayev küçəsi ev 48, mənzil 1-də yaşayan Fəxrəddin Yusubov redaksiyamıza gələrək deyib. Şikayətçi E. Məmmədovun onun zəhmət haqqını illərdir ki, vermədiyini bildirdi: “2007-ci ildən 2009-cu ilədək Elton Məmmədovun villasında, bağında, avtovağzal tikintisində işləmişəm. bu illər ərzində o mənə 75 min dollar borclu qalıb. Bununla bağlı 2008, 2009 və 2013-cü illərdə Ziya Məmmədova teleqramlar vuraraq haqqım olan pulu ödəmələrini xahiş etmişəm. Ancaq mənə heç bir cavab verilməyib. Bu il də iyul ayının 9-da Şirvan şəhərində Ziya Məmmədovun qəbulunda oldum. Bildirdim ki, mən müharibə veteranıyam. Məsələ ilə bağlı da sizə dəfələrlə müraciət etmişəm. Ancaq bir cavab gəlməyib. Mən vətənimizi şərəflə qorumuşam. Ancaq heç cürə nə Ziya Məmmədovu, nə də Elton Məmmədovu başa sala bilmirəm. Mən maşınımı, seximi satmışam ki, borclu olduğum adamların borcunu verim. Ancaq Elton Məmmədov pulu olmasına baxmayaraq, mənə olan borcunu ödəmir. Evdə xəstəm var. Xaricdə müalicə olunur.

Onun da müalicəsinə külli miqdarda pul lazım olur. Bimirəm neynəyim?! Hətta Elton Məmmədovun hacı olan böyük qardaşı Nərimana da müraciət etmişəm. Ona da məktub yazıb dərdimi bildirmişəm. Ancaq ondan da bir cavab çıxmadı. Bu insanlar özlərini nə hesab edirlər, başa düşə bilmirəm. Mən haqqımı tələb edirəm. Mənə olan borclarını - 75 min dolları versinlər. 1988-ci ildən 1992- ci ilədək bu vətən uğrunda fəaliyyətimi əks etdirən sənədlərimi yığıb yapışdırdığım plakatlarla Prezident Administrasiyasına getdim. Orada bu plakatı açan kimi 5-6 nəfər mühafizə işçiləri məni əhatəyə alaraq heç yaxınlığa da buraxmadılar və orada olan polkovnik məni qovdu. Sonra Mərkəzi Seçki Komissiyasına getdim ki, heç olmasa dərdimi xarici qonaqlara deyim. Orada da mühafizə polisi məni qovdu. Mən bu ölkənin vətəndaşı olaraq dərdimi kimə deməliyəm?!”