BolgeXeber.Com » Analitika » BŞİH-in Reklam və İnformasiya İdarəsində yığılan milyonlar silinir

BŞİH-in Reklam və İnformasiya İdarəsində yığılan milyonlar silinir

8-10-2013, 09:50
Oxunub: 3 652 BŞİH-in Reklam və İnformasiya İdarəsinin büdcəsinə ilərzində yığılan 40 milyon manathara gedir?

Bakı ŞəhərİcraHakimiyyətinə (BŞİH) tabe olan bəzi idarə və müəssisələrin fəaliyyətiürəkaçan səviyyədə deyil. Şəhər meri Hacıbala Abutalıbov quruma daxil olan idarələr üzərində istənilən səviyyədə nəzarət qurmadığına görə, bəzi məmurlar qanunvericiliyin tələblərinə qarşı çıxaraq vətəndaşların etirazı ilə qarşılanan işlərə imza atırlar. Belə qurumlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsidir.
Qeyd edək ki, idarə Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanıdır. Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır, küçə reklam daşıyıcılarının uçotunu aparır, dövlət və qeyri-dövlət, bayram, işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak edir, idarənin maliyyə-təsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlayır, təhlil edir, təkliflər verir. İdarənin fəaliyyətində yol verilən bir sıra nöqsan və çatışmazlıqlar barədə əvvəlki saylarımızda geniş məlumat vermişdik. Təkrarçılıq olmasın deyə həmin yazılardan sitat gətirmək istəmirik.
Statistikaya görə, ölkəmizdə reklam bazarının illik dövriyyəsi 100 milyon manata yaxındır. Bunun 40 milyon manatı mediada, əsasən də telekanallarda gedən reklamların payına düşür. Qalan 60 milyon manatlıq reklam dövriyyəsi isə küçə reklamının payına düşür. Bakı Şəhər İcra Hakimiyyətinin illik reklam gəliri isə təxminən 40 milyon manatdan çoxdur. İdarənin rəis əvəzi Əli Əsgərov isə qurumun büdcəsinə yığılan gəlirlərin uçotunu düzgün aparmır və həmin məbləğin çox böyük bir hissəsi büdcədən yayındırılır. Dəfələrlə mətbuat orqanlarında da deyilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin il ərzində küçə reklamından əldə etdiyi gəlirlərin büdcəyə keçirilməsində müxtəlif problemlər mövcuddur. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirik ki, nə BŞİH rəhbəri Hacıbala Abutalıbov, nə də digər aidiyyəti qurumlar idarədə cərəyan edən qeyri-qanuni hadisələri araşdırırlar. Biz keçən yazılardan birində Əli Əsgərovun reklam şirkətləri ilə əlaqəsində bəzi qaranlıq məqamların olmasından xəbər vermişdik. Aprardığımız araşdırmalara görə, paytaxtda reklam işlərinin təşkili, reklam lövhələrinin hazırlanması ilə məşğul olan şirkətlərin hamısı idarənin rəis əvəzinin icazəsi ilə fəaliyyət göstərirlər. Mötəbər mənbənin bildirdiyinə görə, ən xırda reklam şirkəti belə fəaliyyət göstərə bilməsi üçün idarənin rəis əvəzinə 20-30 min manat civarında «şirinlik» verir. Daha iri reklam şirkətləri üçün isə qiymətlər 50-80 min manat arasında dəyişir. Çox qəribədir ki, daha çox «şirinlik» verən reklam şirkətlərinə bəzən BŞİH-in Reklam və İnformasiya İdarəsinin işçiləri özləri müştəri tapırlar. Başqa sözlə desək, bəzi şirkətlər idarənin əməkdaşları ilə rəsmən faizə işləyirlər. Belə ki, qurumun işçiləri paytaxtın bütün qəsəbə və kəndlərini qarış-qarış gəzərək «Reklam haqqında» Qanunun tələblərini pozan obyektləri aşkarlayırlar. Əgər hansısa obyektdə reklam lövhələri yoxdursa, idarənin nümayəndələri həmin müəssisələrin rəhbər şəxslərini məcbur edirlər ki, reklam vursunlar. Əks təqdirdə isə yüksək miqdarda cərimə yazacaqları ilə hədələyirlər. Halbuki, idarənin işçilərinin bu əməlləri qanunlara birbaşa ziddir. Onların səlahiyyəti yoxdur ki, kimisə obyektinə reklam vurmağa vadar etsin. Əli Əsgərov bu cür idarə üsulu yaratmaqla bəzi reklam şirkətlərinin rəhbərləri ilə münasibətlərini qaydaya salır və gələcəkdə onlardan daha çox nəysə ala bilməsi üçün indidən zəmin hazırlayır. BŞİH-in Reklam və İnformasiya İdarəsində tüğyan edən özbaşınalığa təcili olaraq son qoyulmalıdır. Biz şəhər meri Hacıbala Abutılabovdan, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Vergilər Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, sözügedən idarəyə rəhbərlik edən Əli Əsgərovun fəaliyyətini dərindən yoxlasınlar.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.