BolgeXeber.Com » Analitika » Kərəm Həsənovun işçilərindən ilginc addım

Kərəm Həsənovun işçilərindən ilginc addım

10-10-2013, 10:45
Oxunub: 4 008 “Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vətəndaşlara verilən sənədlərin arxasında dayanmır. Buna görə də ev alan şəxslər mütləq evin sahəsi ilə bağlı eksperti rəyi almalıdırlar. Çünki əks təqdirdə alqı-satqı zamanı böyük problemlərlə üzləşə bilərlər”. Bu sözlər dia.az-a ünvanlanan şikayət məktubunda yer alıb.

Məktubda nümuna kimi göstərilir ki, Yasamal rayonu Həzi Aslanov küçəsi, ev 13, mənzil 5-də yaşayan Nərminə Ağayevanın məhkəmə prosesi bunu bir daha sübut edib: “Bu xanım 1995-ci ildə həmin mənzili alıb. Mənzil alınan zaman texniki pasporta əsasən evin sahəsi 159 kv metr göstərilib. Alqı-satqı müqaviləsində də bu əksini tapıb. 2 il əvvəl isə mənzilin sahəsinin 50 faizini qızına bağışlayıb.

Sənədlər hazırlananda mənzilin sahəsi əvvəlki sənədlərdə olduğu kimi 159 kv metr yox, bu dəfə azaldılaraq 100,9 kv metr göstərilib”.

Bununla əlaqədar quruma qarşı iddia ilə məhkəməyə müraciət edən N.Ağayevanını iddiasına 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb. Ən maralı məqam isə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin mənzilin sahəsi ilə bağlı rəyi olub. Belə ki, aparılan ekspertiza göstərib ki, mənzilin sahəsi əvvəl verilmiş iki sənəddə də azaldılaraq göstərilib.

Əslində isə mənzilin sahəsi 188 kvm-dir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mənzil sahəsi ilə bağlı qeydini bu ekspert rəyinə uyğunlaşdırılması barədə qərar çıxarıb. Reyestr Xidməti qərardan narazı qalaraq Apelyasiya şikayəti versə də, qətnamə növbəti instansiya məhkəməsində də qüvvədə saxlanılıb. Ancaq bu qərarla da razılaşmayan qurum kasasiya şikayəti verib.

Onu da bildirək ki, bu, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə bağlı ilk şikayət deyil. Belə müraciətlərin sayı çoxdur. Bu isə vətəndaşların həmin qurumun verdiyi sənədlərə qarşı xüsusilə diqqətli olmağa çağırır.

Hər halda möhtərəm Kərəm Həsənovun kantorunun bu məsələdə hansı dərəcədə maraqlı olması anlaşılandır. ən azından ona görə ki, sözügedən xidmətin hətta real kvadraturanı təsdiqləməsi üçün də rüşvət istənilir ki, qeyd olunan şikayət məktubunda zərərçəkmiş kimi göstərilən vətəndaş da məhz həmin rüşvəti ödəmədiyinə görə problemlə üz-üzə qalıb.

Maraqlı olanı isə odur ki, Kərən Həsənovun işçiləri rüşvət almadıqlarından məhkəmə yolu ilə istəklərinə çatmağı qəsd ediblər. Hər halda bu situsiya qeyd etdiyimiz tərz baxımından ilk hesab oluna bilər.