"Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabı çapdan çıxıb
11-10-2013, 18:35
Oxunub: 4 646
Mədəniyyət və Turizm Nazirliyinin Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanası və "AzərTAc"la birgə layihəsi əsasında tərtib olunmuş "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabı işıq üzü görüb.
Nazirlikdən verilən məlumata görə, layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
İki cilddə tərtib olunmuş, ümumilikdə 951 səhifədən ibarət kitabda prezident İlham Əliyevin 5 illik fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, qanun, fərman və sərəncamlar toplanıb.
Nazirlikdən bildiriblər ki, oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində kitabının təqdimat mərasimi keçiriləcək. Tədbirdə bir çox dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər