Şəmsəddin Hacıyev «Seva»nı işdən çıxardı
11-10-2013, 20:55
Oxunub: 5 686
Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) «Seva» tüğyanı yaşanır. Rektor Şəmsəddin Hacıyevin ən yaxın adamı kimi tanınan bu laborant qadının bir zamanlar evli olduğu və millət vəkilinə görə ailəsindən boşandığı deyilirdi. Həmin məlumatlara əsasən Hacıyevlə «Seva»nın arasındakı isti münasibətlər o qədər irəliyə gedibmiş ki, universitetdə kimin rektor və kimin laborant olduğu məlum deyilmiş. Çünki «Seva» universitetə uşaq qəbulundan tutmuş, imtahanların yazdırılmasına qədər bütün proseslərdə ən fəal fiqurlardan biri olub.
Azerinews.org-a verilən məlumatlara görə, mətbuatda bu ilişkilərin üzə çıxmasından sonra narahatlıq keçirən Şəmsəddin Hacıyev məcburiyyət qarşısında qalaraq «Seva»nı ADİU-dan uzaqlaşdırmalı olub. Söz-söhbətlərin daha da böyüməməsi üçün belə bir addım atan rektor sözügedən xanımın iş yerini dəyişdirib. «Seva»nı universitedən çıxaran Hacıyev onu özünün nəzarətindəki şirkətlərdən birinə məsul vəzifəyə gətirib.
Məlumatlarda vurğulanır ki, bütün bunlara baxmayaraq, «Seva» yenə də universitetdəki təsir imkanlarını qoruyub, saxlamağa çalışır. Və o səbəbdən də müxtəlif bəhanələrlə ADİU-ya gələrək, orada pullu işlərin görülməsini reallaşdırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər