Hacıqabulda icra başçısı kimidir?
15-10-2013, 13:30
Oxunub: 6 703
Hacıqabul rayonu ilə bağlı oduqca maraqlı məlumatlar yayılıb.Rayonun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşansa da, sonradan problem bir şəkildə çözülüb.
Amma Jam.az-a verilən məlumatların sırasında bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacıqubulun icra başçısının kim olmasıdır. Rəsmi olaraq Əhməd Muxtarovun icra başçısı təyin edildiyi dəqiqdir. Amma onun köməkçisi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır. Bu barədə açıqlama verən adının çəkilməsini istəməyən rayon sakinlərindən biri vurğulayıb ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda sözün həqiqi mənasında «at oynadır». Belə ki, onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər. Məsələn, məktəb direktorlarından biri olan Zeynəb Ələsgərova rayonda heç kimin sözünü eşitmir. Onun Afiqin bacısı olduğu vurğulanır.
İcra başçısının sürücüçü Elçin isə rayondakı bütün idarə və müəssisələrdən pul yığır. Onun sözünə qulaq asmayanları isə ölümlə hədələməkdən belə çəkinmir.
Rayon sakini deyir ki, Hacıqabul İcra Hakimiyyəti İnformasiya Təminatı və Təhlil sektorunun müdiri İmamətdin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər. «Tariyellə İmamətdin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Taryel İsgəndərovu «100-lük Tariyel» kimi tanıyırlar. O, qəbulunu gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmamətdin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir».
JAM.AZ-a danışan vətəndaş bildirir ki, o, ali təhsillidir və ölkənin aparıcı universitetlərindən birini bitirib. «İndiyə qədər 20 dəfə Hacıqabul İcra Hakimiyyətinə baş vurub. Üzləşdiyim problemlərin həllini tələb etmək üçün ora getmişəm. Amma hər dəfəsində məni oradan qovublar».Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər