“Rusiyalı nazirin hərəkətlərindən dəhşətə gəldim”
16-10-2013, 10:30
Oxunub: 5 142
Tanınmış hüquqşünas Aslan İsmayılov Moskvada qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun saxlanılması ilə bağlı yayılan görüntüləri şərh edib
Musavat.com-un məlumatına görə, Aslan İsmayılov Facebook-da məsələ ilə bağlı bunları yazıb: “Son günlər Rusiyanın gündəmini zəbt etmiş, elə azərbaycanlıların özlərinə böyük bəla gətirmiş, Orxan Zeynalovun cinayətini qətiyyətlə pisləyirəm (əgər deyilən kimi olubsa). Ancaq onunla bağlı yayılan videogörüntülər ona qarşı insanlığa sığmayan hərəkətlərin baş verdiyini göstərir. Əgər Rusiya hökumətinin Azərbaycan hakimiyyətinə zərrə qədər hörməti olsaydı buna yol verməzdi. Saatlardır ölkəyə və onun vətəndaşına qarşı olan hörmətsizliyi sanki Azərbaycan hakimiyyəti görmür. Mən isə başa düşürəm ki, görür, sadəcə qorxusundan fikir bildirmir. Əks halda Xarici İşlər Nazirliyi çoxdan nota verərdi. Rusiyadakı vətəndaşlarımızın vəziyyəti ilə birbaşa maraqlanmalı olan səfirimiz Polad Bülbüloğlu isə bu dəqiqələrdə yəqin ki, hansısa ziyafət məclisində öz kefindədir. Diaspora sədrimiz Nazim İbrahimovun başı isə öz maşın kolleksiyasına qarışıb.
P.S. Rusiya Federasiyası daxili işlər nazirinin hərəkətlərindən dəhşətə gəldim. Bizim hakimiyyət isə bizləri yenidən onların çətirinin altına salmaq istəyir
Bolgexeber.com”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər