Eldar Həsənovu Səfər Əbiyev əvəz edəcək?
23-10-2013, 10:55
Oxunub: 5 382
Sabiq nazirin kreslosuz qalmaqdansa səfir göndərilməyə sıcaq baxdığı iddia edilir
Bu gün ölkə prezidenti İlham Əliyevin Azərbaycanın yeni hökumətinin tərkibini təsdiqləməsi ilə, kimlərin öz vəzifələrini itirdiyi də aydın şəkildə görünmüş oldu. Bir sıra ekspertlər hesab edirlər ki, İlham Əliyev hökumətin tərkibini bu şəkildə təsdiqləsə də,bu hələ ilkin mərhələdi və qarşıdakı müddətdə bəzi nazirlər öz postlarını itirə bilərlər.
Siyasi və hərbi şərhçilər ölkənin ən mühüm vəzifərindən olan müdafiə naziri postuna yeni simanın oturdulmasının əsas səbəblərindən biri, uzun illərdi ölkənin mövcud büdcəsindən ordu quruculuğuna ayrılan vəsaitlər və bu qədər vəsaitin orduya ayrılmasına baxmayaraq hələ də ordu sistemində ayaq açıb yeriyən çatışmamazlıqlardı. Zakir Həsənovun müdafiə naziri kreslosuna oturdulması həm ordu sistemində “çayırotu” kimi kök salmış və uzun illərdi təmizlənməsi mümkün olmayan, fürsət düşdükdə ordu malını dədə malı bilib qəsb edən qarınqulu və açgöz “ulduzlu” məmurlardan təmizləmək, eyni zamanda da Azərbaycan ordusunun NATO standartları səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm addımların atılmasıdı.
Ekspertlər hesab edirlər ki, Səfər Əbiyev nazir kürsüsünü itirmiş olsa da onun müəyyən bir müddətə Azərbaycanın xaricdəki səfrliklərinin birinə səfir göndərilməsi ehtimalı böyükdü. Yəni S.Əbiyev də əvvəllər təcürbədən keçirilən nazirin səfir göndərilməsi prinsipi içərisində səfir göndərilə bilər.
Ekspertlər hesab edirlər ki, son illər Azərbaycan hakimiyyəti üçün müəyyən problemlərin yaradılmasında itdiham edilən və ölkə mətbuatında haqqında kifayyət qədər məlumatlar yayılan Eldar Həsənovu əvəz edə bilər.
Çün ki, Eldar Həsənov artıq hakimiyyət dairələrində ciddi şəkildə aşağıya doğru yuvarlanmaqdadır və bu günə qədər əldə etdiyi etibarını xərcləməkdədir.
Ekspertlər S.Əbiyevin də səfir göndərilmə məsələsinə sıcaq baxdığını iddia edirlər. (veteninfo.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər