İşdən çıxarılacaq icra başçılarının siyahısı hazırlanıb
25-10-2013, 11:40
Oxunub: 6 675
Bir sıra rayonların icra başçılarının işdən çıxarılması gözlənilir.
Redaksiyamıza daxil olan məlumatlara görə, bu oktyabrın 9-da keçirilən prezident seçkisi ilə bağlıdır. Hələ seçkidən əvvəl yazmışdıq ki, hakimiyyət ölkəni risk qruplarına bölüb. İqtidarın daha çox narahat olduğu rayonların icra başçılarının qarşısına seçki ilə bağlı mühüm vəzifələr qoyulub.
Seçkilər zamanı həmin icra başçılarının vəzifələrinin öhdəsindən gələ bilmədiyi qeyd olunur. Bundan hiddətlənən “yuxarılar” da onları cəzalandırmağı qərara alıb.
“Yeni Müsavat” qəzeti də məlumat yayıb ki, iqtidarın siyasi rəhbərliyi bir neçə rayonda seçkilərin təşkilindən və seçici fəallığının aşağı olmasından, eləcə də seçkiləri müşahidə edən xaricilərə “lazımsız əsaslar və faktlar verilməsindən” ciddi narazı qalıb. Rəhbərlik bu nəticələrə görə günahı birbaşa həmin rayonların icra başçılarında görür.
Xüsusən həmin rayonlarda seçici fəallığının aşağı olması yerlərdə əhalinin rayon rəhbərlərindən narazılıqlarının ümumilikdə hakimiyyətə münasibəti kimi qəbul edilir.
Məlumatlara görə, bütün bunlarla bağlı rayon rəhbərlərinə ciddi xəbərdarlıq edilib və həmin rayonlarda gözləntilərin doğrulmaması birbaşa icra başçılarının yarıtmazlığı, işlərini düzgün qura bilməmələri və əhali ilə işləməyin yolunu tapmamasının nəticəsi kimi qiymətləndirilib. Xəbərdə o da deyilir ki, seçici fəallığının çox aşağı olduğu və hakimiyyətin daha yüksək nəticə gözlədiyi, lakin reallığın bu gözləntilərdən kəskin fərqləndiyi rayonların siyahısı müəyyənləşdirilib. Bu siyahıda adları olan rayonların icra başçılarından ciddi hesab sorulacağı və onların cəzalandırılacağı qaçılmazdı. Məlumatlarda o da bildirilir ki, yaxın günlərdə Prezident Administrasiyasında icra başçılarının iştirakı ilə toplantı keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər