Şirkət məhkəmədə vətəndaşa bahalı avtomobil uduzdu
26-10-2013, 10:25
Oxunub: 4 849
Bakı şəhər sakini A. A.-nın “Lexus-Bakı” MMC-yə qarşı qaldırdığı iddia üzrə başlanan məhkəmə prosesi başa çatıb. Sonda tərəflər arasında barışıq əldə olunub. Belə ki, “Lexus-Bakı” MMC təklif irəli sürərək istehsal qüsurlu avtomobil 2013-cü il modelli avtomobillə dəyişdirilsin. Dəyişdirilməyə görə “Lexus-Bakı” əlavə haqq tələb etmədiyi üçün vətəndaş bununla razılaşıb.
Qeyd edək ki, keçən il Bakı şəhər sakini A. A. “Lexus GS 250” markalı avtomobil alıb, sonradan avtomobil keyfiyyətsiz çıxıb. Bununla bağlı vətəndaş “Lexus Bakı” MMC-ni məhkəməyə verib: o, Xətai rayon Məhkəməsinə müraciət edib. Vətəndaş iddia ərizəsində “Lexsus GS 250” markalı avtomobili 2012-ci ilin sentyabr ayının 28-də 49 min manata aldığını qeyd edib. Avtomobilə 3 il və ya 100 000 km qədər zəmanət verilib. Lakin qeyd olunan zəmanət (müddəti və avtomobilin sürülməsi) bitməmiş avtomobil kuzovunun kuzovunun lak-boya örtüyündə bir neçə yerdən (əsasən qabaq sağ və hər iki arxa qanadlarında) qüsurların əməl gəlməsi aşkar edilib. Sonra qüsurlar artmağa, yəni lak-boya tökülməyə başlayıb. “Toyota Caucasus LLC” rəsmi nümayəndələrinin araşdırnası nəticəsində məlum olub ki, bu, avtomobildəki problem istehsal zamanı yaranmış bir qüsurdur. Lakin “Lexus Bakı” şirkəti avtomobili dəyişdirməkdən imtina etmişdi. Belə ki, şirkət vətəndaşa avtomobilin dəyişdirilməsi üçün 4 min manat istəyirdi.
Beləliklə, vətəndaş özünün 2012-ci il istehsalı olan avtomobilini "Lexus-Bakı" MMC-yə verərərək, əvəzində 2013-ci il istehsalı olan avtomobil alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər