Füzuli Ələkbərovla Aydın Bəşirov həbs edilə bilər
27-10-2013, 17:05
Oxunub: 6 012
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin keçmiş rəisi Aydın Bəşirov həbs oluna bilər. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Ismayıllı hadisələrinə görə tutduğu vəzifədən uzaqlaşdırılan Füzuli Ələkbərova elə bu olaylardan dolayı həbs təhlükəsi yaranıb.
“İsmayıllı hadisələrinə görə istintaqda sabiq nazirin də adı hallanırdı. Lakin Füzuli Ələkbərovun nazir olması onun istinataqa cəlb olunmasına mane olurdu. Yəni, bir nazirin istintaqa cəlb edilməsinin cəmiyyətdə ajiotaj doğuracağından ehtiyat edilirdi. Lakin artıq Füzuli Ələkbərov nazir deyil. Doğrudur, Ismayıl hadisələri ilə bağlı ibtidai istintaq yekunlaşıb. Amma məhkəmə istintaqı hələ qalır. Və Füzuli Ələkbərovun da məhkəmə istintaqının gedişində həbs olunacağı istisna edilmir. Onun qardaşı, Ismayıllının sabiq icra başçısı Nizami Ələkbərovun da eyni aqibəti yaşayacağı barədə məlumatlar var”, - deyə məlumatlı mənbə bildirib.
Mənbə həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin dövlət qurumlarında korrupsiya və rüşvətlə bağlı edilən şikayətlər barədə açıqlamalarını da xatırladıb: “Korrupsiya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevin açıqlamalarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmişə ilk sırada yer alıb. Bu məsələlərin də araşdırılması gözlənilir”.
Aydın Bəşirova gəlincə, onun həbsi neft oğurluğuna görə ola bilər. Bu barədə artıq mətbuatda yazılıb. Söhbət Xəzər Dəniz Gəmiçiliyi Idarəsinə məxsus “Islam Səfərli” gəmisinin kapitanı, köməkçisi və heyətin digər üzvlərinin oğurluq neft və mazut satması barədə faktdan gedir. Artıq bu məsələyə görə bir neçə nəfər həbs edilib. Gözlənilir ki, Aydın Bəşirov da məsuliyyətə cəlb edilsin (azadliq.info).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər